5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

Sumqayıtda itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti tapılıb.

Sozcu.az xəbər verir ki, bu barədə qohumları məlumat verib.

Bildirilib ki, A.Cəfərovun meyiti Samur-Abşeron kanalının kənarından tapılıb.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook