Xəzər dənizində ZƏLZƏLƏ

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Yeraltı təkan yerli vaxtla saat 17:22-də qeydə alınıb. Zəlzələ 66 km dərinlikdə baş verib.

Bakıda avtomobil mopedlə toqquşdü: ölən var

Bakıda avtomobil mopedlə toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Mirmövsüm Eynalovun idarə etdiyi “Peugeut Pariner” markalı avtomobil rayonun Sabunçu qəsəbəsində Elvin Allahverdiyevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

DƏHŞƏT: Zaqatalada ayı qazini parçalayıb, öldürdü

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə dünən qeydə alınıb. Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb. İlkin ehtimala görə, onu ayı parçalayıb. Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.(Lent.az)

Nohurqışlaqda batan var: axtarışlar aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar. Qeyd edək ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarında tapılıb.

Bakıda müəllimi maşın vurub öldürdü

Bakıda müəllim yol qəzasında ölüb. Bakı şəhəri 278 nömrəli tam orta məktəbin müəllimi Günay Pirizadə Nizami rayon ərazisində yolu keçərkən maşın vurub. Hadisə nəticəsində o, həyatını itirib. Qeyd edək ki, G. Prizadə Azərbaycan dili və ədəbiyyat üzrə dərs deyirmiş.

38 yaşlı kişini "tok" vurdu - Son durumu açıqlandı

Tovuzda fəhləni elektrik cərəyanı vurub. Sozcu.az-ın məlumatına görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Şəxsin Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 23.01.2025-cü il tarixində saat 10:00 radələrində  elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub. Qeyd edilib ki, xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ermənistanda hərbi maşın qəzaya düşdü: yaralılar var

Ermənistanın Ararat bölgəsində "Toyota" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Sozcu.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar var. Məlum olub ki, “KamAZ” Ermənistan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Faktla bağlı araşdırma aparılır. 

Göyçayda zəhərlənən tələbələr evə buraxıldı - YENİLƏNİB

21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb. *** 10:32 Göyçay rayonunda 5 tələbə qız zəhərlənib. Sozcu.az "Report"a istinadən məlumat verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur. Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.

Daşkəsəndə maşın dərəyə aşdı - 2 nəfər öldü

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb. Şirkətə məxsus yanacaq daşıyan "Ural" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə F.Huseynov və O. Səmədov hadisə yerində ölüb. Hadisə yerinə huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda yataqxana binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Tələbə faciəli şəkildə öldü

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib. Sozcu.az xəbər verir ki, o, universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi. A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb.