Azərbaycanda vəzifəli şəxs özünü güllələdi

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb. Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, S.Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.

Azərbaycanda şagird vəfat etdi

Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib. Sozcu.az xəbər verir ki. bu barədə məktəb məlumat yayıb.

Su kanalında boğularaq ölən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.  "Unikal" 2002-ci il təvəllüdlü hərbçimizin fotosunu əldə edib.  Həmin fotonu təqdim edirik: 

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi

Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb. Sozcu.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lənkəranda yük maşını sürücünün üstünə aşıb

Lənkəranda yük maşını sürücünün üstünə aşıb. Hadisə Qurumba kəndində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub. S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.(Report)

Tut yeyərkən ölən 11 yaşlı Zəhranın FOTOSU

Ötən gün Cəlilabadda 11 yaşlı Zəhra Niftiyevanı elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az Metbuat.az-a istinadən xəbər verir ki, o, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub. Qeyd edək ki, hadisə ötən gün 17:00 radələrində baş verib. Məktəbli ağacda tut yeyərkən onu elektrik cərəyanı vurub.

Sumqayıtda bədbəxt hadisə: 62 yaşlı fəhlə iş zamanı öldü

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib. Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Hacıqabulda 6-cı sinif şagirdi həyatını itirib. "Medicina" xəbər verir ki, F.Süleymanov adına 3 nömrəli tam orta məktəbin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib. Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

Həlak olan İran rəsmilərinin - Fotosu

Xəbər verdiyimiz kimi, İran KİV İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin helikopter qəzasında həyatını itirdiyini açıqlayıb. Sozcu.az həlak olan İran rəsmilərinin fotosu təqdim edir:

Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.

Rəisinin havadan axtarışları dayandırıldı

Əlverişsiz hava şəraiti səbəbindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışı üçün havadan əməliyyatlar dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Xilasetmə işləri piyada qrupları tərəfindən həyata keçirilir",- məlumatda deyilir.

Tovuzda 3 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda bədbəxt hadisə baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.