BMT-nin Uşaq Fondunun (UNICEF) açıqlamasına görə, Qəzza zolağında davam edən hücumlar nəticəsində gündə orta hesabla 28 uşaq həyatını itirir.
Sozcu.az xəbər verir ki, UNICEF-in sözçüsü Ceyms Elder Qəzzada yaranan vəziyyətlə bağlı xəbərdarlıq edib. O bildirib ki, bölgədəki uşaqların həm fiziki, həm də psixoloji həyatı təhlükə altındadır:
“Qəzzada ortalama olaraq hər gün 28 uşaq öldürülür. Bu, sadəcə bir statistika deyil, bir insan faciəsidir. Uşaqların gələcəyi əlindən alınır, ailələr darmadağın olur”.
Elder həmçinin qeyd edib ki, Qəzzada uşaqların həyat şəraiti dözülməz hal alıb. Qida, su və tibbi yardım çatışmazlığı kritik həddədir.
“Əgər beynəlxalq ictimaiyyət dərhal tədbir görməzsə, bu fəlakət daha da dərinləşəcək”.
BMT rəsmisinin sözlərinə görə, bölgəyə humanitar yardımın artırılması və uşaqların qorunması üçün təcili mexanizmlərin tətbiqi həyati əhəmiyyət daşıyır.