Goranboyda iki qadın qətlə yetirilib.
Sozcu.az bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. İki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qətli törədən şəxs tutulub.
Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.