15:29
Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 70 nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, "Əl-Ərəbiyyə" mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib.
Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumunun nəticəsidir.
***
Suriya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İdlib vilayətinin şimal kənarında yerləşən Maarrat Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 116 nəfər yaralanıb.