Ərdəbil məktəblərində şagirdlər kütləvi şəkildə zəhərlənib

Martın 1-də Ərdəbil əyalətinin 9 qız məktəbində çox sayda şagird şübhəli şəkildə zəhərlənərək xəstəxanalara yerləşdirilib. Bu barədə Ərdəbil əyaləti valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru Əli Məhbubifər məlumat yayıb. Günorta saatlarında baş verən hadisədən sonra şagirdlərin valideynlərinin məktəblərin qarşısına toplaşdığı və polis qüvvələri ilə onlar arasında qarşıdurma yaşandığı bildirilir. Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən hadisələrdən biridir. 

İranda daha 37 şagird şübhəli şəkildə zəhərləndi

Fevralın 28-də Tehranın Pərdis bölgəsində yerləşən "Xəyyam" qız məktəbində daha 37 şagird zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Sozcu.az xəbər verir ki, bu barədə Pərdisin İcra Hakimiyyətinin başçısı Rza Kərimi Saleh açıqlama verib. O, zəhərlənmə hadisəsinin şübhəli olduğunu və polis tərəfindən araşdırıldığını deyib. Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən hadisələrdən biridir.