İyunun 21-də Ərdəbildə şəhərində Germi və Biləsuvar bölgələrində sel daşqınlarından zərər çəkənlərlə bağlı aksiya keçirilib.
Fəallar şəhər məhəllələrinin divarlarına yazılı vərəqələr və çağırışlar yapışdırılıb və paylanılaraq azərbaycanlıları təbii fəalkət qurbanlarına yardım etməyə çağırıblar.
Çağırış və vərəqələrdə Bulut Qaraçörlu Səhəndin "Özgə çırağına yağ olmaq bəsdir, doğma ellərimiz qaranlıqdadır" şeiri yazılıb.
Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə ev və minlərlə hektar əkin sahələrinə xəsarət dəyib.