Güneyli fəal Mahmud Ocaqlıya ağır həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsi paytaxtın Evin həbsxanasında məhkumluq dövrünü yaşayan güneyli mədəni fəal Mahmud Ocaqlının 16 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Bununla yanaşı mədəni fəalın həbs müddətini başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ona qarşı "hökumətə qarşı təbliat" və "ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Share on Facebook