Təbrizdə milli fəalların məhkəməsi olub

Təbrizin Ümumi və İnqilab Məhləməsinin 15-ci bölməsində 5 milli fəalın məhkəməsi olub. 

Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amaniyə qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

Keçirilən məhkəmə iclasında onlar birinci ittiham görə bəraət alıb və ikinci ittihama görə özlərini müdafiə ediblər.

Fəalların barəsində çıxarılan qəti hökmün yaxın günlərdə onlara bildiriləcəyi deyilib.

Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar.

Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Share on Facebook