"KapitalBank" şəhid atasını məhkəməyə verdi - Hakim cəza kəsdi - VİDEO

Şəhid atası Mənəfov Azad Mursel oğlu “Kapital Bank”dan şikayətçidir. O iddia edir ki, ödəyə bilmədiyi kredit səbəbindən bank onu məhkəməyə verib. Qax rayon Məhkəməsinin hakimi Taleh Kərimov isə onun kreditin ödənməmiş hissəsini faizi və komissiya haqqı ilə birlikdə ödəməsi ilə bağlı qərar çıxarıb. Azad Mənəfov Bakupost/az -a deyib ki, maddi vəziyyətində, iş yerində sıxıntılar başalayana qədər borcu vaxtı-vaxtında ödəyib: ““Kapital Bank”dan 3500 manat krtedit götürdüm. Faizi ilə birlikdə 5200 manat ödəməli idim. Hazırda təxminən 2600 manat borcum qalıb. Sıxıntılara düşdüm, çətinliklər çəkdim, ödəyə bilmədim. Fəhlə işləyirəm, bir gün iş olur, beş gün olmur. Vaxtlı-vaxtında ödəyə bilmirəm deyə “Kapital Bank” məni məhkəməyə verib”. Şikayətlə bağlı “Kapital Bank”la əlaqə saxladıq. Məsələni araşdırıb cavab verəcəklərini dedilər. Qeyd edək ki, Azad Mənəfovun oğlu Nicat Mənəfov Vətən Müharibəsinin iştirakçısıdır. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ətraflı BTV-nin süjetində:

Mübariz İbrahimovun atası vəfat etdi

11:35 Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. *** Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. Bu barədə APA-ya Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib. Onun bu gün vəfat etdiyi vurğulanıb.

Bakıda 37 yaşlı kişi qətlə yetirildi

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 963-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 668 930 hərbçi, 8 971 ədəd tank, 17 876 ədəd zirehli döyüş maşını, 19 410 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 584 ədəd avtomobil texnikası, 16 992 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 435 xüsusi avadanlıq itirib.

Mingəçevirdə kişi döyülərək öldürüldü - Oğlu saxlanıldı

Mingəçevirdə kişi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. vakansiya 2023 Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Ukrayna Luqanskdakı neft anbarlarını vurdu

Ukrayna PUA-ları Luqansk vilayətinin Rovenki şəhərində (Rusiyanın işğalındadır – red.) neft anbarına hücum edib, nəticədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, Rusiya mediası məlumat yayıb. “Bu gecə 10 pilotsuz təyyarə Rovenkidəki neft anbarına hücum etdi, onlardan 8-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu, yalnız ikisi hədəfə çatdı. Təxminən səhər saat 7.00-da (Moskva vaxtı ilə) yanğın söndürülüb”, - məlumatda deyilir.

Zəlzələ ilə bağlı VACİB XƏBƏR: 15-20 gün müddətində...

Bir çox təbiət hadisələri əvvəlcədən bilinsə də, zəlzələləri öncədən proqnozlaşdırmaq mümkün deyil. Zəlzələlərin “proqnozlaşdırılması”nın elmi tərifi verilməlidir.  Sozcu.az xəbər verir ki, elmi ictimaiyyətin fikrincə, qabaqcadan bilmək müəyyən müddət ərzində, müəyyən bir ərazidə və müəyyən bal gücündə baş verəcək zəlzələ haqqında əvvəlcədən bilmək deməkdir. Başqa sözlə desək, uzun müddət sükutdan sonra bəzi foreşoklar baş verdikdə və ya anomaliyalar aşkar edildikdə, bu, tezliklə dağıdıcı zəlzələnin baş verəcəyi xəbərdarlığıdır.  Daha aydın desək, zəlzələnin baş verəcəyini elan edən şəxs və ya təşkilat zəlzələnin episentrinin koordinatlarını +/-10 km, baş vermə vaxtını +/-4 saat və onun maqnitudasını +/-1 xəta həddində bildirməlidir. Bu səhv limitləri fərqli qəbul edilə bilər. Burada misal olaraq verilmişdir. Zəlzələnin proqnozlaşdırılması müəyyən və qəbul edilmiş xəta hədləri daxilində zəlzələnin yerini, vaxtını və miqyasını bilmək hesab edilir. vakansiya 2023 Zaman baxımından 15-20 gün sonra zəlzələ olacağını söyləmək zəlzələləri proqnozlaşdırmaq sayıla bilməz.  Zəlzələlərin proqnozlaşdırılması məsələsini yaxından araşdırmağa çalışaq: Müəyyən maqnitudada zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Lakin burada çətinlik bu zəlzələnin baş vermə vaxtı və bu cür prekursorların görünməyə başladığı zaman periyodudur (vaxt pəncərəsi).  "Zəlzələ nə qədər dəyişiklikdən sonra baş verəcək?" sual ağla gəlir. Zəlzələdən sonra belə suallara cavab vermək çox asandır. Elmi məlumatların köməyi ilə zəlzələni proqnozlaşdırmaq mümkün görünsə də, heç də həmişə etibarlı deyil. 1976-cı ildə Tangshan (Çin) zəlzələsində 650-750 min adam həlak olduqdan sonra məlum oldu ki, zəlzələləri əvvəlcədən bilmək kifayət etməyəcək.  Digər tərəfdən, can itkisinin qarşısını almaq üçün bütün şəhərləri boşaltmaq, insanları illərlə, aylarla, hətta həftələrlə çadırlarda yaşatmaq mümkün deyil. Bu səbəbdən elm adamları zəlzələləri 1 və ya 2 gün əvvəldən təsbit etməyin yollarını axtarırlar.  Zəlzələlərin və onların sələflərinin proqnozlaşdırılması və müşahidələr (yeraltı su səviyyəsinin dəyişməsi, radon qazı, maqnit, elektrik, əyilmə, sürünmə, deformasiya, P dalğasının sürətinin dəyişməsi, kimyəvi dəyişikliklər, iqlim dəyişiklikləri, canlılarda anormal davranış) hələ tamamlanmamışdır. Tək bir zəlzələ prekursorundan istifadə edərək zəlzələni proqnozlaşdırmaq çox çətindir. Zəlzələ prekursorları qırılma mexanizmindən, gərginlik nümunələrindən, qırılmaların həndəsi xüsusiyyətlərindən, qonşu bölgələrdə nisbi hərəkətdən, fokus dərinliyindən və ölçüsündən asılıdır.  Çinli seysmoloqların uğurları ilə yanaşı, onların zəlzələ ilə bağlı aldadıcı proqnoz proqramlarını da qeyd etmək lazımdır. Məsələn, 1976-cı ilin avqustunda Quançjou və Honq-Konq yaxınlığında edilən xəbərdarlıq bir çox insanı çöldə yatmağa inandırdı, lakin heç bir zəlzələ baş vermədi. Digər tərəfdən, heç bir xəbərdarlıq edilmədən kifayət qədər dağıdıcı zəlzələlər baş verib. Məsələn, 27 iyul 1976-cı ildə Pekindən 150 km şərqdə, 1 milyon əhalisi olan sənaye şəhəri Tanşanda çox faciəli zəlzələ baş verdi . Son 20-30 ildə zəlzələləri proqnozlaşdırmaq üçün getdikcə intensivləşən araşdırmalar heç bir konkret nəticə əldə etməyib. Bunun bir səbəbi də böyük zəlzələlərin təkrarlanma intervallarının ən azı 70-150 il olmasıdır. Zəlzələ prekursorlarının monitorinqi üzrə tədqiqatların ən azı zəlzələnin təkrarlanma dövrünə bərabər olan müddətdən sonra (ən azı 30 il əvvəl) nəticə verəcəyi gözlənilməlidir. Görünür, ən azı növbəti əsrin ortalarına qədər zəlzələlərin proqnozlaşdırılması ilə bağlı konkret nəticə əldə edilməyəcək. yenisabah)

Hava şəraiti ilə bağlı xəbərdarlıq: Temperatur 10 dərəcəyədək enəcək

Oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Lənkəranda usta faciəvi şəkildə öldü

Lənkəranda usta faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Rzazadə Elgün Rza  oğlu şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb. O, yerləşdiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

NATO Ukraynaya konkret addımlar təklif edəcək

NATO ölkələri Ukraynanın alyansa qoşulması üçün konkret addımlar təklif edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşrin məlumatına görə, təkliflər Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun Ramşteyn görüşündə irəli sürüləcək: “Lakin Ukrayna rəsmiləri qorxurlar ki, ABŞ-da prezident seçkiləri əlavə təhlükəsizlik yardımını sual altına qoya bilər”.

Ukrayna Belarusa da hücum etməlidir – Dunda

Ukrayna Kursk bölgəsini ələ keçirdikdən sonra Belarusa hücum etməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleq Dunda deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əraziyə daxil olarsa, belaruslar dərhal silahlarını yerə qoyacaqlar: “Müharibənin təkcə Bryansk, Kursk və Belqorod vilayətlərinin ərazisinə deyil, həm də Belarusa keçirilməsi vacibdir. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin nisbətən kiçik bölmələri daxil olarsa, Belarus ordusu silahı yerə qoyacaq. Bu isə Moskvanın ürəyinə böyük zərbədir”.

Məktəblərdə yığılan pullar kimin cibinə axır?

Hər il Azərbaycanda oktyabrın 5-də Müəllimlər günü kimi qeyd edilir. Bu təqvim bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri də müəllimə hədiyyə almaq və ya bunun üçün valideynlər arasında pul toplamaq mövzusudur. Artıq uzun illərdir ki, məsələ öz həllini tapmır. Məktəblərdə qeyri-rəsmi şəkildə pul yığımlarının ləğv edildiyi deyilsə də, bunun qarşısı alınmır. Sual yaranır: Elm və Təhsil Nazirliyi niyə bu prosesin qarşısını almır? Gücü çatmır, ya istəmir? Bu qədər yığılan vəsait hara və kimin cibinə gedir? Moderator.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Müəllimlər günündə pul yığılması ilə bağlı mütləq sübut lazımdır. Onun sözlərinə görə, nazirlik pul yığıldığını eşitsə belə, ortada şikayət olmalıdır: “Məsələn, valideynlər pul yığır. Gəl, indi sübut et ki, onlara məktəbdən müəllim, rəhbərlik və ya başqa kimsə bu cür tapşırıq verib. Qarşı tərəf deyəcək ki, heç nədən xəbərimiz yoxdur, valideynlər özləri pul yığır və s. Nazirliyin xəbəri oldu-olmadı, bu məsələ cəmiyyətimizdə olan köklü problemdir. İnsanların çoxu buna adi hal kimi baxır. Əksəriyyət deyir ki, hə, nə olsun, pul vermək lazımdır da. Ona görə də, məsələlər üzə çıxmır”. Globalinfo.az xatırladır ki, ümumtəhsil məktəblərində yalnız Müəllimlər günü üçün pul yığılmır. 8 mart, Yeni il, Novruz bayramı, direktorların doğum günləri, məktəbin təmiri, təhsil müəssisələrinə qonaqların gəlməsi, hətta yerli icra hakimiyyətlərinin hansısa tədbiri adı altında hələ də pullar yığılır. Hər dəfə mediada bu məsələ gündəmə gətirildikdə Elm və Təhsil Nazirliyindən “xəbərimiz yoxdir” tipli açıqlamalar verilir. Bu isə o deməkdir ki, ETN tabeliyindəki qurumlardakı qanunsuz fəaliyyətə ya göz yumur, ya da üzərinə düşən işin öhdəsindən gələ bilmir. Nazir Emin Əmurullayev də jurnalistlərin aidiyyəti suallarına qeyri-müəyyən cavablar verməklə, mövzudan yayınır. Əksər rəylər isə belədir ki, nazir də, nazirlik də istəsə bu qeyri-qanuni fəaliyyətin qarşısını alar.