Sərhəddə son vəziyyət - MN məlumat yaydı

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub. Ordumuzun şəxsi heyəti və texnikasında itki yoxdur. Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti nəzarət altındadır.

Ermənistan əlavə texnika və əsgər cəmləşdirdi - Təcili

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Təxribata cəhd edən 3 erməni hərbçi zərərsizləşdirildi

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Daha sonra bildirilib ki, Ermənistan ordusu Azərbaycan mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Sozcu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayını açıqlayıb. Qeyd olunur ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun üç hərbi qulluqçusu yaralanıb. Erməni KİV-lərində yaralıların daha çox olduğu bildirilir.modern

Gürcüstan Prezidenti Putinin qərarını qəbuledilməz adlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb. Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.

441-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 441-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 196 310 hərbçi, 3736 ədəd tank, 7275 ədəd zirehli döyüş maşını, 3039 ədəd artilleriya sistemi, 555 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 308 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5974 ədəd avtomobil texnikası, 2624 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 389 xüsusi avadanlıq itirib.

Ohanyan SƏRSƏMLƏDİ: "Şuşanı "azad etmək" olar"

“Şuşanı “azad etmək” olar”.  Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır. Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.

Məktəbdən qayıdan yeddi yaşlı qızın bütün bədəni yandı: Ailə artıq su almağa belə pul tapmır - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”. Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa). (oxu.az)

“Bu gün ölkəmizdə dilənçiliyin forması yaxşılaşıb"

“Bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. O deyib ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar. “Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar anidən hücuma keçirlər və şüşələri təmizləməyə başlayırlar və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”. (report.az)

Qaxda 29 yaşlı kişi göbələkdən zəhərlənib

Qax sakini qidadan zəhərlənib. Sozcu.az-ın məlumatına görə, rayonunun Dəymədağlı kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Muradov zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinənin nəticəsinə əsasən, onun göbələkdən zəhərləndiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.apa

Hikmət Mirzəyev Pəncəlinin anasının qarşısında... - Fotolar

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb. Sozcu.az xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H. Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib. Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub. Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı. qafqazinfo)

Putin fəxr edirdi: əlvida, “Xəncər” - Jdanov

Putin uzun illər hipersəs raket, “super silah”la fəxr edirdi. Dünyaya cizgi filmləri göstərirdi, deyirdi ki, bütün HHM sistemlərini keçə bilərik. Amma göründü ki, “Patriot” “Xəncər”i vura bilər. Əlvida, məğlubedilməz silah! Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Qərbdə, Ukraynada hər kəs “Patriot”la “Xəncər”in qarşılaşmasını gözləyirdi: “Bu onu göstərdi ki, X-22, aeroballistik, köhnə, sovet raketlərini də vura bilərik”.

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib

Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyaya məxsus zenit-raket kompleksinə də zərbə endirilib. Sozcu.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb. Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələri 7 hücum və 8 kəşfiyyat xarakterli PUA-nı da məhv edib. Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.