Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında danışıqlar gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, yaxın vaxtlarda nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər: “Yaxın zamanlarda danışıqlar gözlənilir. Biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik”.
Baş nazir Əli Əsədov bir neçə qanuna dəyişiklikləri təsdiqləyib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 mart tarixli 40 nömrəli və “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 20 avqust tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə NK qərar verib. Sənəddə deyilir: “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 5 noyabr tarixli 139 nömrəli, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 21 iyun tarixli 596 nömrəli və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 yanvar tarixli 1979 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645; 2005, № 2, maddə 122, № 3, maddə 250; 2007, № 1, maddə 47; 2008, № 4, maddə 316; 2010, № 3, maddələr 255, 264; 2012, № 9, maddə 938, № 12, maddə 1362; 2015, № 7, maddə 898, № 10, maddə 1245; 2016, № 9, maddə 1585; 2018, № 9, maddə 1949; 2019, № 2, maddə 340; 2022, № 8, maddə 974) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. mətn üzrə ismin müvafiq hallarında “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ismin müvafiq hallarında “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.2. 4-cü hissə üzrə: 1.2.1. yeddinci abzasda “və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin; 1.2.2. səkkizinci abzas müvafiq olaraq doqquzuncu abzas hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”; 1.3. Qaydaya edilmiş əlavələrlə bağlı formalar üzrə: 1.3.1. forma 3-ün 7-ci hissəsində “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.3.2. forma 6-da ismin müvafiq hallarında “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ismin müvafiq hallarında “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin; 1.3.3. forma 9-un 2-ci hissəsində “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin; 1.3.4. forma 9-1-də “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin. 2. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254; 2006, № 3, maddə 300; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 643; 2019, № 2, maddə 340; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 fevral tarixli 59 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin: 2.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissəsi üzrə: 2.1.1. ikinci abzasda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin; 2.1.2. üçüncü abzasda “Dövlət mühafizəsi obyektləri üçün və mühafizə olunan obyektlərdə” sözləri “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslər üçün, qorunan obyektlərdə və strateji obyektlərdə” sözləri ilə və “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin; 2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin ikinci abzasında “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində (həmin Xidmətə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə) və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 avqust tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 855; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci abzasında “Dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin” sözləri “Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin” sözləri ilə və “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin”.
Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində həbs olundular. Sozcu.az xəbər verir ki, İran hökumətinə bağlı antiazərbaycan təbliğatı aparan “Azariha” xəbər saytı məlumat tayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qumda saxlanılıblar.
“Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Laçın dəhlizinə birmənalı olaraq Rusiya sülhməramlıları nəzarət etməlidir, “Laçın dəhlizi Azərbaycan tərəfindən “bağlanıb”. Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş addımdır. Rusiya sülhməramlı kontingenti Laçın dəhlizini nəzarətdə saxlamalı və dəhlizin fəaliyyətini təmin etməlidir. Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir”, – deyə Paşinyan sərsəmləyib.
Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu gün Laçın yolu açıqdır və üç istiqamətdə istifadə oluna bilər.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Kanadada yaşayan oğlu İlkin Qəmbərin etiraza səbəb olan paylaşımına münasibət bildirib. Modern.az xəbər verir ki, o, “Laf TV”-yə müsahibəsində oğlunun fikirləri ilə müəyyən məqamlarda razı olmadığını deyib. “Biz son illər, təxminən 7-8 ildir ki, görüşmürük. Bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız olmayıb”, – deyə İsa Qəmbər bildirib. O, İlkin Qəmbərin qondarma “erməni soqırımı” ilə bağlı səhv mövqedə olduğunu və oğlunun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulayıb. Qeyd edək ki, İlkin Qəmbər qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.
Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Agentliykişğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.
Xəbər verdiyimiz kimi, ötən gündən Türkiyənin bir çox vilayətində terrorla əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar başladılıb. Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul vilayətində aparılan əməliyyatlar zamanı Yaşıl Sol Partiyanın Kocaelindən millət vəkili namizədi Aytən Dönmez də saxlanılıb. Onun bir müddət terror təşkilatı PKK/KCK-nın mərkəzdən kənarda təşkilatlandırılmasında rol aldığı iddia edilir.
“Rusiyada o qədər generallar var ki, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olması heç kimi təəccübləndirməsin”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olanda polkovnik Üzeyir Cəfərov deyib. Hərbi ekspert Azərbaycanın aprelin 23-də Həkəri çayı üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığında baş vermiş dəyişiklikdən söz açıb. Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlıların növbəti – beşinci komandanı general-polkovnik Aleksandr Lentsov təyin olunub. O, bu postda general-mayor Andrey Volkovu əvəzləyəcək. Öz növbəsində, Ü. Cəfərov söyləyib ki, Lentsovun gəlməsi heç nəyi dəyişdirməyəcək: “Əksinə, Lentsov bilir ki, orada yaxşı biznes var və o, Andrey Volkovdan fərqli olaraq, çalışacaq ki, 5 illiyi 3 ildə yerinə yetirsin. Çünki qabaqlar SSRİ-də belə bir şüar var idi ki, 5 illiyi 3 ildə yerinə yetirsinlər”. Polkovnikə görə, Lentsovun postun qurulmasından sonra Qarabağa gətirilməsi sadəcə bir təsadüfdür: “Sadəcə vaxt baxımından rotasiya olunmalı və Volkov getməli idi. Onsuz da Volkov harınlamış bir rus generalı idi. Lentsov gəlib guya nəyi dəyişəcək? Ona nə deyəcəklərsə, onu da edəcək. Lentsov bölgədə Sergey Şoyqunun tapşırıqlarını yerinə yetirəcək, yük daşıyacaq və s. Komandanın özü heç bir qərar qəbul etmir. Yəni o, hər hansı bir səlahiyyətdə və gücdə deyil ki, nəyisə həll etmə iqtidarındadır, yaxud kimsə ona bu şansı tanıyacaq. Belə olacağını düşünmürəm”. Müsahibimiz vurğulayıb ki, onun Lentsovdan böyük bir gözləntisi yoxdur: “Rusiya sülhməramlıları bölgədən çıxarılmalıdır. Çünki onlar kifayət qədər sülhyaratma missiyasının adına öz davranışları və hərəkətləri ilə xələl gətirdilər. Həm də ki, bundan sonra Rusiyanı kimsə heç yerə dəvət etməyəcək. Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Rusiya olan yerdə hər hansı bir sülhdən, əmin-amanlıqdan və sabitlikdən söhbət gedə bilməz. Rusiya olan yerdə qan-qada, bəla və problemin dərinləşməsi var. Ona görə də bu generalın Qarabağa gəlməsindən böyük heç nə gözləmirəm. Rütbə də sizi çaşdırmasın. Çünki Rusiyada daşı atırsan, generala dəyir. İndi Volkov gedəcək, Lentsov gələcək, nə isə dəyişəcək və s. desələr də, belə düşünmürəm”.
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”. Sozcu.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb. Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib. “Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək. Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib. Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.konkret)
“Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər...” “Laçında sərhəd-buraxılış məntəqəmizin qurulmasını alqışlayıram. Bunu çoxdan etməliydik. Çünki həmin məkandan bizim dövlət sərhədimiz keçir və oraya sərhəd-buraxılış məntəqəsi qoymaqla bağlı heç kəslə məsləhətləşmək də lazım deyildi. Biz bir müstəqil dövlət olaraq öz suveren ərazimizdə beynəlxalq və yerli qanunların yol verdiyi hər şeyi edə bilərdik. Odur ki, Ermənistanla sərhəddə, bilavasitə Xankəndinə gedən yolun üzərində nəzarət-buraxılış məntəqəmizin qurulmasına heç bir xarici dövlətin etiraz etməyə nə ixtiyarı, nə də haqqı var”. Bu fikirləri Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib. “Əgər azı son 30-35 ildə Azərbaycan xalqının başına gətirdikləri faciələrə, işğallara, soyqırımlara baxmayaraq, Qarabağdakı ermənilərə sərhəd-buraxılış məntəqəmizdən keçməklə Ermənistana gediş-gəlişlərinə şərait yaradırıqsa, buna icazə veririksə, onlar bizə minnətdar olmalıdırlar. Onlar bu yolla silah-sursat, qadağan olunmuş məhsullar, texniki vasitələr və s. daşımayacaqlarsa, nədən ehtiyat edirlər, gəlib-getsinlər. Amma deyilənləri nəzərə alaraq Həkəri çayı üzərindəki körpüdə sərhəd xidməti ilə yanaşı, gömrük və baytarlıq xidmətlərinin də postları olmalıdır. Bundan əlavə, yalnız Laçında deyil, Ermənistanla keçmiş Dağlıq Qarabağ ərazisində keçidin mümkün olduğu bütün torpaq, qrunt yollarının, at, ulaq cığırlarının hamısının başında sərhəd postları qurulmalıdır”- deyə açıqlamasının davamında polkovnik bildirib. “Xalqı narahat edən digər bir məsələ bəhs edilən sərhəd məntəqəsindən keçən Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin minik və yük avtomobillərinin də yoxlanıb-yoxlanılmayacağıdır. Çünki son iki il yarıma yaxın müddətdə onların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verənlərdən, xüsusən də Qarabağda rəsmi qurumlarımız tərəfindən də qeydə alınan son hadisələrdən, yəni Rusiya hərbçilərinin dəstəyi ilə kənar yollarla oradakı separatçı, işğalçı xislətli ermənilər üçün silah-sursat, əlavə canlı qüvvə daşınması faktlarından sonra “sülhməramlı”lar öz etibarlarını tamamilə itiriblər. Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər. Odur ki, Laçındakı sərhəd postumuzda Rusiya hərbçilərinin də yoxlanılması vacibdir”, - deyə sabiq nazir müavini vurğulayıb.