NATO hava hücumundan müdafiəni təkmilləşdirmək üçün təlimlər keçirəcək.
Sozcu.az xəbər verir ki, bu barədə "UK Defence Journal" nəşri məlumat yayıb.
“Ramstein Flag 24” adlı təlimlər sentyabrın 30-dan oktyabrın 11-dək Yunanıstanın Peloponnes yarımadasının qərbində baş tutacaq.
Təlimlər 13 müttəfiq ölkə arasında hava, dəniz və qurudan müdafiə taktikasını təkmilləşdirmək məqsədi daşıyır. Onlara qırıcılar, quru qoşunları, dəniz qüvvələri və xüsusi təyinatlılar daxil olmaqla 140-dan çox təyyarə cəlb olunacaq. Təlim yüksək texnoloji taktiki hava hücumundan müdafiəni sınaqdan keçirmək və raketdən müdafiə strategiyasını təkmilləşdirmək üçün keçirilir.
NATO Hərbi Hava Qüvvələrinin komandanı, general Ceyms Hekker deyib ki, təlimlər gələcək təhdidlərə qarşı mübarizəyə hesablanıb.