Azərbaycan 1988-99-cı illərdə Qarabağı ermənilərdən təmizləmək istəyirdi.
Bunu Ermənistan parlamentinin üzvü Anna Qriqoryan "Təsnim" xəbər agentliyinə müsahibəsində deyib.
Ermənistan parlamentinin Millî Təhlükəsizlik Komissiyasınin üzvü, İrəvan hakimiyyətini Azərbaycanın tələblərini yerinə yetirməkdə günahlandırıb.
"Son bir il yarım, iki il ərzində Azərbaycan İranın təzyiqləri nəticəsində Zəngəzur dəhlizindən imtina etdi",- Qriqoryan bildirib.
O, Nikol Paşiniyanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərinə görə tənqid edib və bir çox problemlərin bundan sonra başladığını deyib.
"Problem burada idi ki, Paşinyan 2022-ci il oktyabrın 22-də Praqada o vaxta qədər heç bir Ermənistan liderinin səsləndirmədiyi fikiri səsləndirdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, problemlər də buradan başladı,- A.Qriqoriyan vurğulayıb.
Millət vəkili Praqa Bəyannaməsindən sonra Azərbaycan tərəfinin Qarabağla bağlı məsələləri özünü daxili məsələsi hesab etdiyini deyib, rəsmi Bakının soqırım törətdiyini, etnik təmizləmə apardığı barədə iddialar səsləndirib.
O, 2023-cü ildə Azərbaycanın keçirdiyi anti-terror əməliyyatlarının qarşısını almadığına görə Paşiniyan hakimiyyətini ittiham edib.
Anna Qriqoriyan Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılmasına da toxunub və bunu Ermənistan hökumətinin ağılsızlığı kimi qiymətləndirib.GünazTV