İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc etdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza sakinlərin təxliyəsi üçün Qəzza zolağının xəritəsini yeni məlumat dərc edib. Sozcu.az xəbər verir ki, IDF bu barədə "X" sosial media hesabında məlumat paylaşıb. Məlumata görə, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub. İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Paytaxtda bir məktəb ibtidai siniflər üçün distant tədrisə keçdi – Qızılcaya görə

Qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. “Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - İdarənin məlumatında bildirilib.

Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə

Qarabağda özünü buraxmış keçmiş separatçı-terrorçu xuntanın keçmiş başçılarından olan Araik Arutyunyanın Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsinin daha bir hissəsi yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bez Tormozov” məlumat paylaşıb. İddia edilib ki, Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək niyyətində olduğunu bildirib. Qeyd edilib ki, o, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək arzusunu ifadə edib.axar)

Paşinyan Qarabağ erməniləri üçün ayrıca idarə yaratmaqdan imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib. Sozcu.az xəbər verir ki, bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib. Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb. Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.

“Tərtər işi”: 2 polkovnikə hökm oxundu

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində prokuror V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, F.Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu gün İrəvanda “artsax üzrə beynəlxalq komissiya” təsis olunacaq...-"Hraparak"

Gorbagor(!) “artsax” separatçı-terrorçu rejiminin deputatları bu gün -çərşənbə axşamı, noyabrın 28-də İrəvanda  qondarma “parlament”lərinin “sessiyası”nın çağırılması ilə bağlı razılığa gəliblər.  Sozcu.az xəbər verir ki, “Hraparak” nəşrinin yazdığına görə, “əgər heç bir fors-major olay baş verməsə və Ermənistan hökumətinin müdaxiləsi olmasa, bu, baş tutacaq”.  Məlumatda bildirilir ki, separatçı “deputat”lar “sessiya”nı qapalı formatda keçirmək və sonda bəyanat vermək niyyətindədirlər.  Qeyd edilir ki, məlum 19-20 sentyabr hadisələrindən sonra İrəvandakı “artsax”  “deputat”ları “sessiya” çağırmayıblar. Onlar rejimin qondarma “dövlət təsisatlarının saxlanılmasının Ermənistanın təhlükəsizliyinə təhdid olması ilə bağlı ER hakimiyyəti ilə razılaşmırlar...” Erməni nəşrinin əldə etdiyi məlumata görə, “sessiya”da əsasən iki məsələ müzakirə olunacaq. Birinci məsələ  2 “deputat”ın mandatının bitməsi və onların yerinə gələnləri mandat verilməsi olacaq. İkinci məsələ isə “artsax üzrə beynəlxalq komissiyanın yaradılması ilə bağlıdır ki”, bu da Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ideyasıdır.  “Deputat”lar Oskanyanla məsələni müzakirə ediblər.  “Qanunla yaradılmış komissiyanın missiyası artsax məsələsini beynəlxalq platformalarda təqdim etmək olacaq. Onlar həmçinin komissiyaya beynəlxalq ekspertləri də daxil etməyi planlaşdırırlar”- Ermənistan qəzeti belə yazır.moderator)

Bu ərazidə də “xruşovka”lar sökülür - 400 manat veriləcək

Bakının daha bir rayonunda binalar plana düşüb.  Sozcu.az xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir. 28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək. Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər. (baku.ws) 

Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – Tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Provide Solutions” MMC olub. Sozcu.az xəbər verir ki, Mərkəz 150 ədəd mühərrikli təkərli oturacağa görə “Provide Solutions” MMC-yə 238 min 950 manat ödəyəcək. Rəqəmlərdən göründüyü kimi, oturacağın bir ədədi 1593 manatdır. Nizamnamə kapitalı 10 manat olan “Provide Solutions” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, mənzil 96-da yerləşir. Şirkətin qanuni təmsilçisi İntiqam Abid Əliheydər oğludur.Yeniavaz.com)

Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı: PUA hücumu...

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb. Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib. Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.

Kəlbəcərin azad edilməsindən üç il keçir

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə olunan qələbənin siyasi müstəvidə davam etdirilməsi prosesinə başlayıb. 10 Noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə itki vermədən nail olub. Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu gün Azərbaycan Kəlbəcərdə infastruktur qurur. Kəlbəcər əsrarəngiz təbiətə, Ermənistanla sərhəddə yerləşdiyindən unikal strateji önəmə sahibdir. Ötən üç il ərzində Azərbaycan Ordusu Kəlbəcərdəki mövqelərini xeyli dərəcədə möhkəmləndirib. 

Bunlara riayət etməyənlər kiberhücuma məruz qalır

İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Sozcu.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev deyib. O bildirib ki, belə vətəndaşların ümumi sayı haqqında məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya və fərdi məlumatlarını hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası Xidmətimiz tərəfindən müəyyənləşdirilib.

Bu gün “artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyan dindiriləcək...

Bu gün saat 11:00-da gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan İrəvanda 44 günlük müharibədə  baş verənləri araşdıran komissiyanın qəbulunda olacaq.  Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak”  nəşri məlumat yayıb. “Şahramanyanın “dindirilməsi” qapalı formatda baş tutacaq, baxmayaraq ki, komissiyanın presedenti var və Nikol Paşinyan sessiyanı canlı yayımlayaraq açıq rejimdə dinlənilib. Ancaq məşhur atalar sözündə deyildiyi kimi, Zevs üçün mümkün olan, öküz üçün mümkün deyil. Biz komissiyadan Samvel Şahramanyanın özünün qapalı formata üstünlük verib-vermədiyini soruşduq. Komissiyadan mənfi cavab verilərək bildirildi ki, format məsələsi müzakirə belə olunmayıb”- deyə davamında erməni nəşri yazır.