Coratda silahlı basqın və 3 nəfərin qətli: Məhkəmə başlayır

3 nəfəri qəsdən öldürməkdə, 5 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında bildirilir. “Ötən il oktyabrın 28-də Sumqayıt şəhəri ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir. Cnayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.

"Bu dondurmaları yeyənlər ölə bilər" - TƏHLÜKƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində apardığı monitorinqin nəticələrinə görə, bir sıra firmalara məxsus dondurmaların tərkibində bakteriyalar aşkarlanıb. Buna rəğmən, həmin firmalara məxsus dondurmaların hələ də satışdadır. İnsanların sağlamlığını təhlükə qarşısında qoyan bakteriyalı dondurmaların satışdan yığışdırılmaması əhali tərəfindən böyük narazılıqla qarşılanıb. AQTA tərkibində bakteriya aşkarlanan dondurmaların ticarət şəbəkələrində hələ də satıldığı ilə bağlı iddialara cavab verib. Qurumdan bildirilib ki, bəzən vətəndaşlar adları açıqlanan firmaların istehsalı olan bütün dondurmaların tərkibində bakteriya olduğunu zənn edir. Halbuki, söhbət həmin istehsalçılara aid bütün partiya dondurmalardan getmir. Odur ki, istehlakçılara dondurma alarkən adları açıqlanan firmaların dondurmalarının istehsal tarixinə baxmaq tövsiyə olunur: “Burada konkret olaraq, müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir. Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq. Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Bakupost.az -a deyib ki, süd məhsulu zülal mənşəli olduğundan, xarab olmağa, tərkibində mikroorqanizmlərin yaranmasına daha çox meyillidir. Qaydalara uyğun şəraitdə, yəni dondurucuda, lazımi temperaturda saxlanılmayanda xarab olur: “Aparılan laborator yoxlamalar zamanı dondurmaların tərkibində aşkarlanan enterobacteriaceae insan sağlamlığı üçün çox təhlükəli bakteriyadır. Bu bakteriya bağırsaq mikroflorasının dəyişməsinə, iltihabi xəstəliklərə, tənəffüs yolları və böyrək xəstəliklərinə səbəb ola bilər. Sözügedən bakteriyanın olduğu dondurmanı qəbul edərkən insanda ishal yaranır. Bu zaman bağırsaqda faydalı bakteriyalar azalır və ya yoxa çıxır. Ona görə də, aparılan yoxlamalar zamanı tərkibində sözügedən bakteriya aşkarlanan dondurmaların satışdan geri çağrılması dərhal təmin olunmalıdır. Əks halda, bu dondurmaların qəbulu ölümlə nəticələnə bilər".

Dəhşətli qəzada həlak olan zabitlərin FOTOLARI

Füzuli-Ağdam yolunda baş verən qəzada həlak olan şəxslər zabit olublar. Sozcu.az xəbər verir ki, qəza zamanı minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər. Xatırladaq ki, hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb. Ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora çırpılıb.

Taksi qiymətləri kəskin bahalaşdı - İyulun 1-dən sonra...

10 gün sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Lakin hazırki şəraitdə sürücülərin əksəriyyəti hesab edir ki, yeni tələbələr onların işini çətinləşdirir.  Bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu deyirlər. Buna görə də onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər. Digər tərəfdən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətləri bahalaşdırıb. Vətəndaşların dediyinə görə, bəzən hətta qiymətlərdə 40-50 faizə qədər bahalaşma müşahidə olunur.  Taksi qiymətlərindəki artım iyulun 1-dən sonra da davam edəcəkmi? SEO Xidməti Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, şirkətlərin bahalaşmaya gedəcəyi öncədən proqnozlaşdırılırdı:  “Şirkətlərin bahalaşmaya getməsi onsuz da gözlənilən idi. Çünki hazırda bu istiqamətdə proses olduqca sürətli gedir. Digər tərəfdən həm avtomobillərin buraxılış ili, həm sürücülərin seçim turu, həm də nəqliyyat vasitələrinin texniki parametrlərinin təyin olunması ilə bağlı 3 istiqamətdə işlər gedir. Bu isə yekunda həm sürücü, həm də nəqliyyat vasitəsinin azlığına səbəb olur. Bunlar da müştərilərin seçiminə təsir edir. Bir çox hallarda taksilər sifarişlərə gəlmir və ya ümumiyyətlə bəzi saatlarda taksi tapmaq olmur”.  Ekspertin fikrincə, qiymət tendensiyası 3 mərhələli formada davam edəcək: “Bu səbəbdən düşünürəm ki, hazırki proses daha sürətlə davam etməlidir. Cəlb olunacaq və istismar ediləcək nəqliyyat vasitələrinin texniki parametrləri dəqiqləşdirilib öyrənilməlidir. Hesab edirəm ki, hazırki şəraitdə qiymət tendensiyası qalxmağa doğru gedəcək. Daha sonra stabilləşmə müşahidə olunacaq və nəhayət, yeni qaydalar yerinə oturuşandan sonra qiymətlər enəcək. Hazırki gedişat bu tendensiyanı göstərir”. 

Dəhşətli qəzada ölən məktəblinin FOTOSU

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən yeniyetmənin fotosu yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb. Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Lamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub. Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb. Faktla bağll Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ruslar Xarkovda "ilişib", itki verirlər - Voloşin

Rus hərbçiləri Xarkov vilayətində “ilişib” qalıb və böyük itki verirlər. Sozcu.az xəbər verir, bunu Ukraynanın “Xortitsa” qoşunların əməliyyat-strateji qrupunun nümayəndəsi Nazar Voloşin deyib. O qeyd edib ki, Xarkov vilayətinin şimalında rus hərbçilər uğursuz addımlar atıb, irəli getməyə, özləri üçün bir növ “təhlükəsizlik kəmər”i və bufer zonası yaratmağa çalışırlar: "Lakin müdafiə qüvvələri onları orada saxlayıb və vəziyyət nəzarətə götürülüb. Müdafiə qüvvələrimiz Rusiya işğalçısına qarşı əks-hücum və hücum əməliyyatları həyata keçirir".

Rusiyada dustaqlar iki əməkdaşı girov götürdü

Rusiyanın Rostov vilayətində istintaq təcridxanasında saxlanılanlar iki əməkdaşı girov götürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib. “Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər penitensiar sistemin iki əməkdaşını girov götürüb. Hadisə yerində Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri, həmçinin hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri yollanıblar”, - məlumatda qeyd olunub. TASS-ın məlumatına görə, istintaq təcridxanasında girov götürən məhbusların arasında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunanlar da var.

Kürdə dəhşət: qayıq külə döndü, çox sayda yaralı var

23:12 Mingəçevirdə Kür çayında qayıqda yanğın olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. *** Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar. Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıb. Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

18 yaşlı gənci öldürən şəxs tutuldu - Həmyaşıd imişlər...

İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Rusiyanın itkiləri 525 minə yaxınlaşır

Ukrayna müharibənin 843-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 524 150 hərbçi, 7 956 ədəd tank, 15 263 ədəd zirehli döyüş maşını, 13 855 ədəd artilleriya sistemi, 1 103 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 853 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 911 ədəd avtomobil texnikası, 11 148 ədəd PUA, 2 293 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 322 xüsusi avadanlıq itirib.

Azərbaycanda bayram tətili başladı

Azərbaycanda bayram tətili başlayıb. Sozcu.az xəbər verir ki, Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Zelenski İsveçrəyə getdi

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb. Ukrayna lideri iyunun 15-dən 16-dək keçiriləcək sülh sammitində iştirak edəcək. Sammit çərçivəsində Ukrayna prezidentinin təklif etdiyi sülh formulası müzakirə olunacaq. “Sülh sammiti qlobal əksəriyyətə dünyada hər kəs üçün vacib olan sahələrdə konkret addımlar atmağa imkan verəcək”, - dey Zelenski kanalında yazıb. O əlavə edib ki, sammitdə təxminən 100 ölkə iştirak edəcək. İsveçrənin Bürgenstok şəhərində keçirilən sülh sammitinə 160 ölkədən nümayəndə heyəti dəvət olunub.