Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Sozcu.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir. Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq. Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Azərbaycan ordusunun hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

Azərbaycanda ruhi xəstə o qədər dərman içdi ki, öldü

Masallıda ruhi xəstə dərmandan zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında Yeni Zuvand kəndində baş verib. Kənd sakini olan 39 yaşlı Anar Alışan oğlu Əlinağıyev özünü öldürmək üçün yaşadığı evdə əlinə keçən çoxlu sayda dərman həbləri qəbul edib. Nəticədə onun vəziyyəti pisləşib. Anar Əlinağıyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.

Gəncə ətrafındakı partlayış səsləri… - MN

Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir: "Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Siyəzəndə bacısını öldürməkdə təqsirləndirilən Mustafazadə Səfər Əmrah oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb. Sozcu.az-ın məlumatına görə, toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Aynur Rzayevanın sədrli etdiyi heyət tərəfindən baxılacaq. Qeyd edək ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

ABŞ-dan Suriya açıqlaması: Ordunu çıxarmırıq!

ABŞ Suriyanın şərqində hərbi varlığını davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Dan Şapiro bildirib. O qeyd edib ki, ABŞ-ın bölgədə mövcudluğu İŞİD-in son məğlubiyyətini təmin etmək üçün vacibdir və bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur: “Biz Suriyadakı bütün tərəfləri mülki insanları, xüsusən də Suriya azlıqlarını qorumağa, beynəlxalq hərbi normalara hörmət etməyə və siyasi həlli ehtiva edən qətnamə üzərində işləməyə çağırırıq".

Suriya Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb - Təcili

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb. Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

"Təzə bazar"da partlayış: xəsarət alanlar var - Foto

16:23 Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb. Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. *** Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Ağcəbədidə qadının başı kəsildi: oğlu və kürəkəni saxlanıldı

Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!”

Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan üsyan barəsində maraqlı açıqlama verib. Sozcu.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Suriyada hökumət ordusunu getdikcə sıxışdıran müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının sürətli hücumunu şərh edərkən deyib: "İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək". Türkiyə Prezidenti bu açıqlamanı Hz. Əli məscidində qılınan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən verib. "İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü hazırda davam edir. Biz bu yürüşü həm kəşfiyyat vasitəsilə, həm də bütün mediadan izləyirik. Suriyadakı bu yürüş qəzasız-bəlasız davam etsin deyəcəyəm, amma bu dirəniş terror təşkilatları ilə birlikdə davam etdirilərkən, xatırlayırsınızsa, Əsədə zəng etdim, “gəl görüşək, Suriyanın gələcəyini birlikdə müəyyən edək” dedim. Təəssüf ki, Əsəddən bu təklifə müsbət cavab ala bilmədik", - Ərdoğan əlavə edib. Prezident müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsini belə qiymətləndirib: "Bölgədə davam edən bu narahat yürüşlər bizim istədiyimiz deyil, istəmirik. Təəssüf ki, bölgə problem içindədir”.

"Təhrir əş-Şam" lideri CNN-ə danışdı: Əsəd bitir - İlk dəfə

Son nəticədə hədəf avtoritar Prezident Bəşər Əsədi devirməkdir. Sozcu.az xəbər verir ki, bunu “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani CNN telekanalına müsahibəsində deyib. “İnqilabın məqsədi bu rejimi devirməkdir. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququmuz var. Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İranlılar rejimi dirçəltməyə, sonradan ruslar da dəstəkləməyə çalışıblar. Amma həqiqət budur ki, bu rejim ölüb”, - Colani bildirib. HTŞ lideri ələ keçirdikləri ərazilərdə yaşayan mülki insanları onlardan qorxmamağa çağırıb: “İslam idarəçiliyindən qorxan insanlar onun ya səhv həyata keçirildiyini görüblər, ya da onu düzgün başa düşmürlər. Suriyada on ildir davam edən vətəndaş müharibəsində ekstremist və cihadçı qruplar tərəfindən təqib edilən mülki şəxsləri və qrupları sakitləşdirməyə çalışırıq. Xristianlara və digər dini və etnik azlıqlara hakimiyyətimiz altında təhlükəsiz yaşayacaqlarını açıq şəkildə söyləmək üçün əlimizdən gələni edirik. Xaos dövründə ayrı-ayrı şəxslər tərəfindən azlıqlara qarşı bəzi pozuntular olub, lakin biz bu problemləri həll etmişik”. Colaninin sözlərinə görə, xarici hərbi qüvvələr Suriyanı tərk etməlidir: “Hazırda ölkədə ABŞ, Türkiyə, Rusiya və İran hərbçiləri ilə yanaşı, İranın qruplaşmaları da var. Düşünürəm ki, bu rejim süqut etdikdən sonra problem həll olunacaq və daha heç bir xarici qoşunun Suriyada qalmasına ehtiyac qalmayacaq. Suriya bir hökmdarın özbaşına qərarlar qəbul etdiyi sistemə deyil, institusional idarəetmə sisteminə layiqdir. Əsəd sülaləsi 1971-ci ildən bəri 53 ildir hakimiyyətdədir. Rejim onilliklərlə davam edən hakimiyyətini saxlamaq üçün yüz minlərlə insanı qətlə yetirib, müxalifləri həbs edib, milyonlarla insanı ölkə daxilində və xaricində vəhşicəsinə təqib edib”.

Hizbullah Suriyada döyüşə girdi

Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif siyasətçilərə qarşı müdafiə əməliyyatları keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Hizbullah və İraq silahlı qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” Həmas və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib. Hazırda döyüşlərin Həmanın girişində davam etdiyi bildirilir.