Bakıdakı ermənilər yenidən məhkəmədə

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Füzulidə qadın kanalda batdı

Füzulidə qadın kanalda batıb. Sozcu.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 1977-ci il təvəllüdlü Leyla İbişovanın Baş Mil su kanalında batdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

NATO "Patriot"ları mümkün qədər tez Ukraynaya çatdıracaq - Komandan

Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tezliklə yerləşdirilməsi üçün hazırlıqlar gedir. Sozcu.az xəbər verir ki, bunu NATO-nun baş komandanı Aleks Qrinkeviç bu gün "Reuters"ə bildirib. Almaniyanın Visbaden şəhərində keçirilən konfransda o, "Patriot"ların mümkün qədər tez Ukraynaya çatdırılmasına çalışdıqlarını vurğulayıb. ABŞ prezidenti Donald Tramp bu həftə Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirdiyini açıqlayıb və Kiyevə daha çox raket və digər silahlar vəd edib. O, çərşənbə axşamı bildirib ki, Almaniyadan bir neçə "Patriot" raketi artıq Ukraynaya gedir.

Prezidentin maşınına benzin yerinə su vurdular, yolda qaldı

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb. Sozcu.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, bu barədə prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib. Moulavinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub. Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib. İnsidentə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyinə müraciət etməyib və rəsmi araşdırma başlatmayıb. Əvəzində taksi ilə Təbrizə yolunu davam etdirib. Mustafa Moulavi qeyd edib ki, bu hadisə məsuliyyətsizliyin və yanacaqdoldurma məntəqəsində nəzarətin olmamasının nümunəsidir və adi vətəndaşları da təhdid edə bilər.

İtkin düşən şəhidin qalıqları tapıldı: dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəxsin qalıqları dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

Tramp Ukraynaya “Tomahavk” verməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin köşə yazarı Devid İqnatius mənbələrə istinadən bildirib. Onun sözlərinə görə, Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən “Tomahavk” raketlərinin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə edilib, lakin hazırda bu sursatlar tədarük siyahısına daxil edilməyib: “Lakin Tramp daha çox təsir rıçaqları əldə etmək istəsə, onlar sonradan Ukraynaya ötürülə bilər”.

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb. Sozcu.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb. İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb. Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir. Faktla bağlı araşdırma aparılır.modern)

Azərbaycanda güclü zəlzələ oldu

İsmayıllıda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Kansler: Almaniya "Patriot"ları alıb, Ukraynaya göndərməyə hazırdır

Almaniya ABŞ-dan “Patriot” sistemlərini alaraq Ukraynaya göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertz Romada keçirilən Ukraynaya dəstək konfransında deyib. Mertz ötən həftə ABŞ Prezidenti Donald Trampla bu barədə danışdığını, lakin qəti qərar verilmədiyini bildirib.

Artur Sərkisyan həbs edildi

Ermənistanda “Hayastan” fraksiyasının deputatı Artur Sərkisyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan öncə prokurorluğun müraciəti ilə A.Sərkisyanın deputat toxunulmazlığı ləğv edilmişdi.

Putinin bu gün işdən çıxardığı nazir özünü öldürdü

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, o, mənzilində intihar edib. “Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb. “Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin qubernatoru olarkən onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib. Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

ABŞ-da təbii fəlakətdə ölənlərin sayı artdı

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, qurbanların sayı artmağa davam edir.