İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat məlumat verib. O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.

İranın İsrailə zərbələri: 4 nəfər öldü, 87 nəfər yaralandı

İranın İsrailin mərkəzindəki dörd obyektinə gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 87 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti "Magen David Adom" ("Davudun Qırmızı Ulduzu") məlumat yayıb.

İrandan daha çox zərbə gözləyirik - İsrail

İsrail artıq hərbi əməliyyat başlayandan İranda 250-dən çox hədəfə hücum edib və zərbələr davam edir. Sozcu.az xəbər verir ki, bu barədə TASS İsrail ordusunun nümayəndəsinə istinadən bildirib. "İsrail ordusu yaxın günlərdə İrandan daha çox raket hücumu və daha çox zərbə gözləyir",- nümayəndə qeyd edib.

Tehranda eyni vaxtda 5 maşın partladıldı - MOSSAD nələr edir?

İsrailin zərbələri başlayandan bəri ümumilikdə İranın 14 nüvə alimi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, nüvə alimləri MOSSAD-ın əməliyyatlarının nəticəsində öldürülüb. Qeyd edək ki, bundan əvvəl İran mediası Tehran küçələrində eyni vaxtda 5 avtomobilin partlaması ilə bağlı məlumat yayıb. İranın yüksək rütbəli məmurunun Tehranda yaxın məsafədən öldürülməsi xəbəri də var.

İran şərtini açıqladı: İsrail dayansa...

Tehrana qarşı təcavüz dayanarsa, İran İsrailə zərbələri dayandıracaq. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. "Biz özümüzü müdafiə edirik, bu, özünümüdafiədir. Təbii ki, dayanarsa, biz də cavab verməyi dayandıracağıq".

İran İsrailə buraxılacaq raketlərin sayını açıqladı

Növbəti aviazərbələr zamanı İsrail ərazisinə 2000-ə yaxın raket buraxılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" İran ordusundakı mənbələrə istinadla məlumat yayıb. Qeyd edək ki, 13 iyun axşam saatlarında İran İsrailə cavab əməliyyatında 1000 raketdən istifadə etdiyini açıqlamışdı.

İsrail daha bir SEPAH komandanını öldürdü

İsrailin hücumu nəticəsində SEPAH hava hücumundan müdafiə qüvvələrinin komandanı Davud Şeyxianı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İran KİV-I məlumat yayıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, sözügedən addım təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

52 nəfərin diplomu tanınmayıb - Agentlik

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb. Sozcu.az xəbər verir ki, 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür. Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.

Ən yüksək balı onlar topladı - FOTO

Məlum olduğu kimi, II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib. Sozcu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb. Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırma aparılıb

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib. Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı.

Rus qırıcıları məhv edildi

İyunun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər hissələri ilə birlikdə Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, hücum nəticəsində Rusiya qırıcıları, o cümlədən MiQ-31 və Su-30/34 Ukrayna müdafiə qüvvələri tərəfindən vurulub.