ABŞ “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu Cənub Komandanlığının ərazisinə yerləşdirəcək.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.
O bildirib ki, bu qüvvələr regionda narkotik qaçaqmalçılığı ilə mübarizə üçün istifadə olunacaq:
"Prezidentin transmilli cinayətkar təşkilatları sıradan çıxarmaq və vətəni müdafiə etmək üçün narkotik terrorizmlə mübarizəyə dair direktivinə dəstək olaraq, müdafiə naziri “USS Gerald R. Ford Carrier Strike Group” və onun hava qanadını ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasına göndərib”.
