1271-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1271-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 069 950 hərbçi, 11 116 ədəd tank, 23 143 ədəd zirehli döyüş maşını, 31 589 ədəd artilleriya sistemi, 1 468 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 208 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 821 ədəd avtomobil texnikası, 51 528 ədəd PUA, 3 558 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 942 xüsusi avadanlıq itirib.

Zelenski Trampın sülh təklifinə "yox" dedi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın sülh razılaşması müqabilində Donetsk vilayətinin bütün ərazisini təhvil vermək təklifini rədd edib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Kiyevin bütün Donetsk bölgəsini vermək şərti ilə “cəbhə xətlərinin əksəriyyətinin dondurulmasını” təklif edib. Zelenski Alyaska sammitindən sonra Trampla söhbətində bu tələbi rədd edib.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Dərinliyi 30 km olan təkanların maqnitudası 4 olub.

Bakıda plastik əməliyyat olunan 36 yaşlı psixoloq öldü

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib. Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və psixoloq Nilufər Abdulla "Etalon" hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və ölüb. 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır. Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

Beyləqanda uşaq yüksək hərarətdən öldü

Beyləqanda azyaşlı yüksək hərarətdən ölüb. Sozcu.az məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndinə baş verib. Valideyinləri temperaturu qalxan azyaşlı Səlimzadə Sultan Səlim oğlunu xəstəxanaya apararkən uşaq yolda ölüb. Faktla bağlı araşdırma başlanıb.

Tramp Putinlə görüşə onları aparır

ABŞ prezidenti Donald Trampı Ankoricdə vitse-prezident C.D.Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və maliyyə naziri Skott Bessent müşayiət edəcək. Sozcu.az xəbər verir ki, Amerika və Rusiya prezidentləri avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşəcəklər. Danışıqlar yerli vaxtla saat 11:30-da başlayacaq. Prezidentlərin əvvəlcə təkbətək görüşü (yalnız tərcüməçilər iştirak edəcək), daha sonra qalan nümayəndə heyətləri işgüzar səhər yeməyinə qoşulacaqlar. Qeyd edək ki, Alyaska sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və RDIF-in baş direktoru Kirill Dmitriyev daxildir.

Azərbaycanda 19 nəfər həbsxanadan qaçıb

Ötən il 19 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü ilə nisbətən 10 nəfər azdır.

Zelenski çağırış etdi: Rusiyaya təzyiq göstərilməlidir

ABŞ Prezidenti Donald Trampın cümə günü Alyaskada Vladimir Putinlə görüşəcəyini təsdiqləməsindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona təsir etmək üçün tərəfdaş ölkələrlə intensiv əlaqələrə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb. Məlumatda bildirilir ki, Zelenski Kiyevin əsas prinsiplərindən birinin pozulmaması - “Ukraynasız Ukrayna haqqında heç nə ola bilməz” prinsipinin qorunması üçün dəstək axtarır. Vladimir Zelenski də bu gün Berlinə səfəri ərəfəsində qeyd edib ki, bu məqsədlə dünyanın müxtəlif ölkələrindən tərəfdaşlarla otuzdan çox danışıq və məsləhətləşmə aparılıb: “Bu müharibə başa çatmalıdır. Ədalətli sülh naminə Rusiyaya təzyiq göstərilməlidir. Ukraynanın və tərəfdaşlarımızın təcrübəsi Rusiyanın aldatmasının qarşısını almaq üçün istifadə olunmalıdır”.

Saatlıda qadın faciəvi şəkildə öldü

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdə ağır qəza: ölən var

09:07 Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub. Faktla bağlı araşdırma başlanılıb. *** Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.

Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar. Sozcu.az xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. “Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, - bəyanatda bildirilib. Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.

Bu, imkan vermədi ki, sülh sazişi imzalansın - Əliyev

Ermənistanın ev tapşırığı var. Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müsahibəsində bildirib.