Ukraynanın “Flaminqo” raketi ABŞ-ın “Tomahavk” raketindən daha yaxşıdır.
Sozcu.az xəbər verir ki, bu barədə "İndependent" nəşri məlumat yayıb.
"Sözügedən raket artıq Rusiyanın enerji obyektlərinə hücum edir. Qanadlı "FP-5 Flaminqo" 3000 km-ə qədər məsafə qət edir ki, bu da onun "amerikalı həmkarının" mənzilindən çoxdur. Onun döyüş başlığına bir tondan çox partlayıcı yerləşdirilə bilər, bu isə "Tomahavk"dan iki dəfə güclü olması deməkdir",- məlumatda bildirilib.
