Ruslar bu şəhərdən qaçmağa hazırlaşır - Plan

Xerson vilayətinin Geniçesk vilayətində ruslar qaçış planı hazırlayırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttini yaracağı təqdirdə təxliyə barədə məlumatı fəal şəkildə yayırlar. Geniçeskdə onların mobil telefonlarına təfərrüatlı təlimatlar və təxliyə məntəqələrinin koordinatları olan SMS-lər gəlməyə başlayıb ki, bu da öz növbəsində panikaya səbəb olur”, - məlumatda qeyd olunub.

Rusların 5 bölüyü məhv edildi - General

Ukrayna hərbçiləri Tavriya istiqamətində sutka ərzində rusların 5 bölüyünü və 46 zirehli texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bunu Tavriya operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski deyib. “Müdafiə qüvvələri Tavriya istiqamətində irəliləyirlər. Raket və artilleriya qoşunlarının bölmələri sutka ərzində 1487 atəş tapşırığı yerinə yetiriblər”, - Tarnavski bildirib.

Ukrayna müdafiəni yardı, ruslar mühasirəyə düşə bilər

Ukrayna qoşunları daim müxtəlif istiqamətlərdə irəliləyir. Novodarovka-Ravnopol rayonunda ruslar mühasirəyə düşə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib. O, Ukrayna SQ-nin rusların ilk müdafiə xəttini yardığını xatırladıb: “Əgər biz Novodarovka-Ravnopol rayonlarını nəzarətə götürsək, rusları mühasirə gözləyir. Düşünürəm ki, Ukrayna qoşunlarının təzyiqi ilə onlar ərazidən çıxacaqlar”.

Ukrayna Prezident Ofisi: "Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir"

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”. M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.

Ukraynalılar rus səngərinə girdi: basqın...

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10-a yaxın hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. “Cənubda tapşırıq zamanı xüsusi təyinatlı qüvvələr düşmən xəttinin arxasına keçə biliblər. Müqavimət göstərməyə cəhd edən düşmən əsgərlərinin bir neçəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Ukrayna Rusiyanın Odessaya atdığı dörd raketin hamısını vurub

Ukrayna hava hücumundan müdafiə qüvvələri iyunun 19-na keçən gecə Rusiyanın Odessaya hücumu üçün istifadə etdiyi dörd raketin hamısını məhv edib. Bu barədə Odessa hərbi vilayət administrasiyasının rəhbəri Sergey Bratçuk bildirib. Bundan əvvəl bildirilib ki, gecə saat iki radələrində rus hərbçiləri Qara dənizdən “Kalibr” raketləri ilə Odessaya hücum edib.

Ukrayna Krıma dronlarla hücum etdi

Bu gecə Ukrayna ordusu Krıma PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov deyib. O bildirib ki, alçaqdan uçan 2 PUA HHM qüvvələri tərəfindən vurulub.

Rusların 80-ci briqadasının komanda məntəqəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 80-ci briqadasının komanda məntəqəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Ukraynalı fəal Sergey Sternenko hazırda 80-ci briqadanın cənub istiqamətində döyüşdüyü yazıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 480-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 219 820 hərbçi, 3984 ədəd tank, 7729 ədəd zirehli döyüş maşını, 3847 ədəd artilleriya sistemi, 610 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 304 ədəd helikopter, 6571 ədəd avtomobil texnikası, 3371 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 522 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu cənubda irəliləyir - Cəbhədəki son vəziyyət

Ukrayna qüvvələri əks-hücum əməliyyatı çərçivəsində cənub sektorunda irəliləyiş əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hərbi rəsmiləri məlumat yayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında bildirib ki, qoşunlar bir neçə istiqamətdə irəliləmək üçün aktiv tədbirlər görür. "Praktiki olaraq bölmələrimizin cənubda hücum etdiyi bütün sektorlarda taktiki uğurları qeydə alıblar", - Malyar bildirib və əlavə edib ki, Ukrayna hərbçiləri yavaş-yavaş, hazırda hər istiqamətdə 2 km-ə qədər irəliləyirlər. Ukrayna quru qoşunlarına rəhbərlik edən general-polkovnik Aleksandr Sırski ölkənin şərqdəki vəziyyəti gərgin olaraq xarakterizə edib, Rusiya Baxmuta artilleriya və aviasiya toplayıb. "Biz ayrı-ayrı istiqamətlərdə, dominant yüksəklikləri və meşə zolaqlarını tutaraq, düşməni tədricən Baxmutun kənarından sıxışdırıb çıxarmaq məqsədi ilə hücum hərəkətlərini davam etdiririk. Bunu anlayan düşmən bölmələri ümidsiz müqavimət göstərdilər", - Sırski "Telegram"da bildirib. Kiyev rəsmilərinin sözlərinə görə, Ukrayna ordusu əks-hücum əməliyyatında cəmi bir həftə ərzində təxminən 100 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib. Cənubi Tavriya sektorunda Ukrayna qoşunlarının komandanı, briqada generalı Aleksandr Tarnavskyi bildirib ki, sektorda son 24 saat ərzində 36 döyüş əməliyyatı və 578 hücum olub. Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı əks-hücum zamanı azad edilən ərazilərin önəmindən danışıb. “Hər bir əsgər, atdığımız hər yeni addım, düşməndən azad edilmiş Ukrayna torpağının hər metri böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib. Rusiya isə Ukraynanın əks-hücumun nəticələrini şərh etməyib və son 24 saat ərzində Kiyev qüvvələrinə böyük itkilər verdiyini bildirib.

Ukrayna MN: “Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”

“Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq döyüş meydanında təşəbbüsü ələ alıb: “Amma qələbə üçün düşmənə uzaqdan zərbələr endirməliyik. Bunun üçün isə uzaqmənzilli silahlara ehtiyacımız var”. V.Qavrilovun sözlərinə görə, Ukraynanın bütün hərbi planları hesablamalara uyğun gedir. Nazir müavini həmçinin vurğulayıb ki, F-16 qırıcı təyyarələrinin yaxın zamanlarda Ukraynaya təhvil veriləcəyinə inanır.

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir, Rusiya isə özünü müdafiə edir. Lakin qalibiyyət üçün 200 km-ə qədər uzaqmənzilli dəqiq silahlar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. “Bütün hərbi planlarımız qiymətləndirmələrə uyğun həyata keçirilir. Müasir döyüşlərdə əsas məsələ düşmənin mövqeyini bilmək, eləcə də uzaq məsafələrə yüksək dəqiqliklə zərbələr endirmək üçün situasiyaya yiyələnməkdir”, - Qavrilov bildirib.