Martın 15-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində RM-70 “Vampire” reaktiv yaylım atəş sistemindən buraxılmış yeddi raketi vurub. Atışma zamanı Belqorod və Belqorod vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Sozcu.az xəbər verir ki, “Meduza” nəşrinin rəsmi kanallara istinadla yaydığı məlumata görə, raket təhlükəsi səbəbindən Rusiyada prezident seçkilərində səs verməyə gələn insanlar seçki məntəqəsini tərk edərək gizləniblər.
15 dəqiqədən sonra raket xəbərdarlığı ləğv edilib və səsvermə davam etdirilib. Eyni zamanda, yerli sakinlərin fotoşəkilləri və videolarına əsasən, Belqorodun özündə bir neçə avtomobil və evə ziyan dəyib. Ən azı bir avtomobil yanıb. Yerli hakimiyyət orqanları atəşin nəticələri barədə hələlik məlumat verməyib.