Rusiyanın daha bir neft zavodu VURULDU

Martın 17-nə keçən gecə Rusiya Krasnodar diyarının Slavyansk-na-Kuban şəhərində yerləşən zavodlardan birində yanğın baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, zavoda pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

“Baza” kanalanın məlumatına görə, ən azı bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Məlumata görə, zavod neft emalı ilə məşğul olan müəssisədir. Burada ildə 4 milyon neft emal olunur.

Qeyd edək ki, Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub.

Share on Facebook