60 nəfər soyuqdan donaraq öldü

Əfqanıstanda 3 həftədən çox davam edən şaxtalar nəticəsində azı 60 nəfər soyuqdan donaraq həyatını itirib.

Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Canan Saiq bildirib

Onun sözlərinə görə, güclü qar yağması səbəbindən dağlıq ərazilərdə davam edən şaxtalı hava nəticəsində daha 34 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:

“Bu müddətdə qar çovğunu və tufan nəticəsində kənd yerlərində 1600-dən çox ev dağılıb, yollar bağlanıb”.

Share on Facebook