Polşa Prezidenti Andjey Dudanın təyyarəsində problem yaşanıb.
Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dudanın ABŞ-dan qayıtmaq üçün istifadə edəcəyi hökumət “Boinq” təyyarəsinin nasaz olduğu ortaya çıxıb. O, alternativ təyyarə ilə uçmalı olacaq, lakin proqram dəyişməyib. Duda ABŞ-dan sonra Brüsselə yollanır və burada NATO-nun baş katibi ilə görüşəcək”, - məlumatda deyilir.