Gürcüstanın Baş naziri ümid edir ki, ölkəsi ilin sonunadək Aİ üzvlüyünə namizəd olacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ümid edir ki, ölkəsi 2023-cü ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq. Sozcu.az xəbər verir ki, hökumət başçısı bu barədə "İmedi" televiziyasına müsahibəsində bildirib. "Biz gözləyirik ki, əlimizdən gələni etdiyimiz üçün ilin sonuna kimi status alaq. Əgər söhbət layiqli qəbuldan gedirsə. Ölkəmiz namizəd statusuna layiqdir", - Qaribaşvili deyib.

Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə martın 6-dan bəri Rusiya ordusunun 1100-dən çox hərbçisi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib. Onun sözlərinə görə, çoxlu sayda rus hərbçi ağır yaralanıb. Zelenski bildirib ki, Rusiyanın onlarla texnikası və 10-dan çox silah-sursat anbarı məhv edilib. Qeyd edək ki, Baxmut istiqamətində döyüşlər 7 aydan çoxdur davam edir. Rusiya şəhərin bir hissəsini ələ keçirdiyini iddia edib.

“Sky News”: Saakaşvili ölüm ayağındadır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır. APA xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb. Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir. “Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, – deyə Saakaşvili suala cavab verib. Keçmiş prezident ölüm ayağında olduğunu bildirib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb. Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib. 2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib. Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.

Arayik separatçıları fövqəladə toplantıya çağırdı

Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan qondarma "Təhlükəsizlik Şurası"nın iclasını çağırıb. Bu barədə "Armenpress" məlumat yayıb. Məlumatda bildirilib ki, bu gün Arayik Arutyunyanın rəhbərliyi ilə "Təhlükəsizlik Şurasının" növbədənkənar genişləndirilmiş toplantısı keçirilib. Detallar açıqlanmayıb.

Rusiyanın itkiləri 160 minə yaxınlaşır - Rəsmi

Ukrayna müharibənin 382-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 159 090 hərbçi, 3466 ədəd tank, 6769 ədəd zirehli döyüş maşını, 2487 ədəd artilleriya sistemi, 493 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 259 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5348 ədəd avtomobil texnikası, 2 108 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 242 xüsusi avadanlıq itirib.

Hər gün Baxmutda 500-dən çox rus əsgəri ölür

Rusiya ordusu Baxmut istiqamətində gün ərzində 535 əsgərini itirir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy bildirib. “Döyüşlər zamanı 221 əsgər öldürülüb, 314-ü yaralanıb”, - Çerevatıy bildirib.

380-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 380-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 156 990 hərbçi, 3448 ədəd tank, 6742 ədəd zirehli döyüş maşını, 2475 ədəd artilleriya sistemi, 491 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 256 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5337 ədəd avtomobil texnikası, 2 107 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 240 xüsusi avadanlıq itirib.

Tel-Əvivdə atışma: yaralılar var

2023.03.09 - 23:27 İsrailin paytaxtı Tel-Əvivin mərkəzində silahlı atışma baş verib, iki nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. *** Təl-Əviv şəhərindəki kafelərin birində baş verən silahlı insident terror aktı kimi dəyərləndirilib. Bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib. “Təl-Əvivdə terror aktı: şübhəli şəxs iki mülki şəxsi yaralayıb. Terrorçu zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.

Rusiya son beş ayda 7,5 milyardlıq raket atıb

Ukraynaya bugünkü raket hücumu Rusiya ordusuna 438-581 milyon dollara başa gəlib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, 2022-ci ilin oktyabrın 10-dan başlayaraq Rusiya Ukraynaya 821 müxtəlif tipli raketlər atıb. Atılan raketlərin ümumi məbləği 7.5 milyard dollar təşkil edir. Qeyd edək ki, martın 9-da Rusiya Ukraynaya müxtəlif tipli 81 raket atıb.

Tbilisidə etirazçılar qalib gəldi - Parlament rusiyayönlü qanunu geri çağırdı...

Hakim “Gürcü arzusu” partiyası “Xalqın Gücü” ictimai hərəkatı ilə birlikdə “xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.  Sozcu.az xəbər verir ki, bu haqda  Gürcüstan mətbuatı məlumat yayıb.  Bundan öncə səhər saatlarında polis və xüsusi təyinatlılar Tbilisidə etirazçıları böyük çətinliklə dağıdıblar.  “Biz cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hökumət olaraq heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik”, - bəyanatda belə deyilir. Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-də qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb. Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb. Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.  Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib. Bundan sonra ictimaiyyət etiraz aksiyalarına başlayıb.

Gürcüstanda etiraz aksiyası davam edir -FOTOLAR

Hazırda Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir. Gürcüstan mətbuatı xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır. Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.

KİV: "Vaqner" Baxmutda ciddi şəxsi heyət və texnika itkisi verib"

"Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi şəxsi heyət itkisi verib”. Bu barədə CNN məlumat yayıb. Bildirilib ki, “Vaqner” ərazidə həmçinin texniki dəstəyini də itirib: “Vaqner”çilər arasında ölənlər Rusiya Silahlı Qüvvələrinə nisbətən dəfələrlə çoxdur. Bunun əsas səbəbi isə “Vaqner”çilərin ərazidə üstünlük təşkil etməsidir. Rəsmilər Baxmutun nə Rusiya, nə də Ukrayna üçün əhəmiyyətli olduğunu deyir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrda Baxmuta səfəri bu məsələni siyasiləşdirdi”. Qeyd edək ki, rəsmi Kiyevin məlumatına görə, Baxmutda gərgin döyüşlər gedir.