Rusiya son beş ayda 7,5 milyardlıq raket atıb

Ukraynaya bugünkü raket hücumu Rusiya ordusuna 438-581 milyon dollara başa gəlib.

Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin oktyabrın 10-dan başlayaraq Rusiya Ukraynaya 821 müxtəlif tipli raketlər atıb. Atılan raketlərin ümumi məbləği 7.5 milyard dollar təşkil edir.

Qeyd edək ki, martın 9-da Rusiya Ukraynaya müxtəlif tipli 81 raket atıb.

Share on Facebook