Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı

Rusiya ordusu son sutkada Ukraynada 1060-dan çox hərbçi itirib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 154 830 nəfərə çatıb. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 432 tank, 6714 zirehli maşın, 2095 operativ-taktiki PUA, 488 reaktiv yaylım atəşi sistemi, 2 456 artilleriya sistemi, 253 hava hücumundan müdafiə sistemi, 303 təyyarə, 289 helikopter, 5323 avtomobil və tanker, 236 xüsusi texnikadan ibarətdir.

CNN: “Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib”

Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib. “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun hərbi nümayəndəsi məlumat verib. Lakin adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir. Eyni zamanda, Hərbi Media Mərkəzinin məlumatına görə, martın 5-də şəhərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski baş çəkib. Onun sözlərinə görə, Baxmut uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb: “Müdafiəçilərimiz düşmənə xeyli ziyan vurub, çoxlu sayda texnikanı məhv edib, “Vaqner”in ən yaxşı hücum bölmələrini döyüşə atmağa məcbur edib və düşmənin hücum potensialını azaldıb”, - Sırski bildirib.

Ukrayna Baxmutla bağlı qərarını verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib. Sozcu.az xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib. Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər. İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.

376-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 376-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 153 770 hərbçi, 3423 ədəd tank, 6703 ədəd zirehli döyüş maşını, 2433 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 250 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5307 ədəd avtomobil texnikası, 2 086 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 234 xüsusi avadanlıq itirib.

Ən çətin döyüşlər gedir - Zelenski

Ukrayna ordusu hazırda Donetsk və Luqanskda ən çətin döyüşlərini aparır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - V.Zelenski qeyd edib.

Moskvada zavodda güclü yanğın - Video

"Moskva Koks və Qaz Zavodu"nda yanğın başlayıb. Zavod vilayətin Vidnoye rayonunda yerləşir. Sozcu.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb. Məlumatda yanğının zavodun sexlərində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir. Yanğın 200 kvadrat metr ərazini əhatə edir. Ukrayna Teleqram kanallarında isə zavodun Qərbin sanksiyalar siyahısında olduğu qeyd olunub.

İran-Əfqanıstan sərhəddində atışma - Ölənlər var

Bazar günü Əfqanıstan və İran sərhədində silahlı toqquşmalar baş verib. Məlumata görə, atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil. Zərərçəkənlər barədə məlumat verilmir. İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib. Yayılan xəbərlərə görə, İran sərhədçiləri ilə Taliban arasında silahlı toqquşmalar hələ də davam edir. Tərəflər yüngül və ağır silahlardan istifadə edirlər. İran tərəfinin atdığı raketlər əyalətin inzibati mərkəzi Zərənc şəhərində “Taliban” polisinin qərargahının yaxınlığına düşüb.

Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub. Sozcu.az xəbər verir ki, o, bu barədə Bild-ə müsahibəsində deyib. Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib. O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. "Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir" dedi. Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib. Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok “orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər”.

Baxmutdakı duruma aydınlıq gətirilib: “Ukrayna qoşunları Baxmutu tərk etmir”

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirməyib, Ukrayna qoşunlarının yaşayış məntəqəsindən kütləvi çəkilməsi baş vermir. Bu barədə Ukrayna Şərq qruplaşmasının nümaynədəsi Sergiy Çerevatı CNN-ə şərhində bildirib. “Baxmutdakı döyüşlər əsasən ətrafda aparılır, şəhərin özü isə Ukrayna müdafiə qüvvələrinin – Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidmətinin və Milli Qvardiyanın nəzarəti altındadır...”, - S. Çerevatı vurğulayıb. Onun sözlərinə görə, şəhərdən “Ukrayna qoşunlarının kütləvi çıxarılması da yoxdur”. Bəzi bölmələrin geri çəkilməsi ilə bağlı məlumatlara aydınlıq gətirən hərbçi qeyd edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını gerçəkləşdirir. S. Çerevatının dediyinə görə, şənbə gününə olan vəziyyətə görə, döyüş əməliyyatları Baxmut ətrafında, şəhərin şimalında Vasyukivka və Dubovo-Vasilivka kəndlərində, qərbində isə İvanivske və Boqdanivka kəndlərində aparılıb. Qruplaşmanın nümayəndəsi sadəcə Baxmut yaxınlığında qarşı tərəfin müxtəlif artilleriya sistemi və RYAS istifadə etməklə 21 dəfə atəşə tutduğunu, həmçinin 9 döyüş toqquşmasının olduğunu diqqətə çatdırıb: “Ümumilikdə bu cəbhədə 131 atəşə tutulma və 38 döyüş toqquşması olub”. O bildirib ki, 150-dən çox rusiyalı hərbi qulluqçu zərərsizləşdirilib, 239 yaralanıb, 3 nəfər isə əsir düşüb.

Baxmut Ukraynanın nəzarəti altındadır - Çerevatıy

Baxmut ətrafında vəziyyət ağır olsa da, nəzarət altındadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun Şərq qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib. O bildirib ki, gün ərzində bu istiqamətdə 155 işğalçı öldürülüb, 200-dən çoxu isə yaralanıb: “Baxmut bu gün müharibənin episentridir. Yalnız şəhərin özü ərazisində düşmən bir gündə 21 atəş və 9 toqquşma həyata keçirib. Ümumilikdə, MLRS-dən düşmənə 131 atəş açılıb və 38 toqquşma baş verib”.

Rusiyanın itkiləri 152 mini keçdi

Ukrayna müharibənin 374-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 152 190 hərbçi, 3409 ədəd tank, 6683 ədəd zirehli döyüş maşını, 2414 ədəd artilleriya sistemi, 487 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 247 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5289 ədəd avtomobil texnikası, 2 066 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 230 xüsusi avadanlıq itirib.

Rusiyaya məxsus Su-34 qırıcısı məhv edildi

Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir Su-34 qırıcısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Döyüş təyyarəsi Yenakiyevo şəhəri yaxınlığında vurulub. Təyyarənin Vostok Hərbi Hava Komandanlığının Nikopol zenit-raket alayının zenitçiləri tərəfindən vurulduğu bildirilir.