Qazaxıstanda əməliyyat: Ekstremist yuvası məhv edildi

Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin cənubunda dini ekstremist təşkilatın gizli yuvasını ləğv ediblər.

Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı mübarizə bölməsi Milli Təhlükəsizlik Komitəsinin köməkliyi ilə Hizbut-Təhrir” dini ekstremist təşkilatının Kentau şəhərindəki məxfi bölməsini ləğv edib. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qrup üzvlərinin terrorizm ideyalarını təbliğ edən, habelə dini hissləri və digər dini etiqadlı vətəndaşları təhqir edən faktlar müəyyən edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, təşkilatın 10 üzvü saxlanılıb:

“Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb”.

Share on Facebook