Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz səslə liderdir, onun rəqibi Aleksandr Stojanoqlo isə 44,96 faiz səs toplayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda bildirilib. Seçki protokollarının 98,92% faizinin sayıldığı qeyd edilib.
“Moldova, bu gün qalib gəldin. Biz birliyə, demokratiyaya və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik. Sağ olun, əziz moldovalılar!”, - Sandu özünün X səhifəsində yazıb.
Moldovada prezident seçkilərinin noyabrın 3-də baş tutan ikinci turu zamanı ölkənin hazırkı Prezidenti Maya Sandu ilə keçmiş Baş prokuror, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo mübarizə aparıb.
Maya Sandu Avropaya inteqrasiya siyasətini rəhbər tutur. O, 2020-ci ilin dekabrından Moldova prezidenti idi.