Bu gün Moldovanın prezidenti məlum olur

Moldovada respublikanın hazırkı rəhbəri Maya Sandu ilə ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında prezident seçkilərinin ikinci turu başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Moldova Seçki Komissiyasından məlumat verilib.

Məlumata görə, ölkə ərazisində hazırda 1988 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən seçkilərdə namizədlərdən heç biri səs çoxluğunu ala bilməmişdi. Sandu 42.49, Stoyanoqlo isə 25.65 faiz səs toplamışdı.

Share on Facebook