Norveç hökuməti 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayırmaqla Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq.
Sozcu.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib.
Onun sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.