Qallant əhalini köçürmək əmri verdi: tanklar yeridilir

İsrailin müdafiə naziri Yoav Qallant Livanla sərhəddə əhalinin məskunlaşdığı ərazilərin boşaldılması barədə əmr verib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb. Livanla sərhəddə yaşayan sakinlərin əksəriyyəti təhlükəsizlik tövsiyələrinə fəal reaksiya verib və könüllü olaraq cənub bölgələrinə təxliyə edilib. Məlumata görə, ərazidə tank və digər zirehli texnikaların sayı artıb.

İsrailə hücumun məqsədi budur - Blinken

HƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır. Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.

Bu istiqamətdə rusların 241 hərbçisi məhv edildi

Sutka ərzində Tavriya istiqamətində 240-dan çox rus hərbçisi məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Tavriya” qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib. Onun sözlərinə görə, hazırda Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir: “Nəticədə 241 rus hərbçisi məhv edilib, daha 2 nəfər təslim olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri düşmənin 21 hərbi texnikasını məhv edib. O cümlədən, 2 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 4 PUA, 4 avtomobil texnikası sıradan çıxarılıb”.

İsrail aviasiyası HƏMAS kəsfiyyatının binalarını vurdu

İsrail aviasiyası Qəzza zolağında HƏMAS-ın kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Ordusundan məlumat verilib. “İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, - məlumatda qeyd olunub.

Bayden Ukrayna üçün 100 milyard tələb edəcək

ABŞ Prezidenti Co Bayden Konqresdən Ukrayna üçün ən böyük hərbi və humanitar yardım paketi tələb etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin əvvəlinə kimi çatacaq yardımın həcmi 100 milyard dollar təşkil edə bilər.

Netanyahu Baydendən yardım istədi

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, Netanyahu Baydenlə söhbətində ona verdiyi dəstəyə görə təşəkkür edib. Baş naziri qeyd edib ki, İsrail qalib gələcəyi uzun və güclü kampaniyaya ehtiyac duyur. Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

İsrail raketlərlə vuruldu: ölənlərin sayı artır

09:36 Bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib. Eyni zamanda vurğulanıb ki, bir çox şəhərdə təhlükə səbəbindən həyəcan siqnalı verilib. *** İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər. Bu barədə İsrail KİV-ləri məlumat yayıb. Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb. *** Xəstəxanaların məlumatına görə, İsrailin cənubunda və mərkəzində raket hücumları nəticəsində 100-dən çox israilli yaralanıb, onlardan bəzilərinin vəziyyəti çox ağırdır. Bu barədə “Tayms of İsrail” məlumat yayıb. Kuseyf şəhərinin meri Əbdüləziz Nassar bildirib ki, raketlərin şəhərə düşməsi nəticəsində 4 nəfər ölüb. *** HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib. *** HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib. Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir. *** İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb. Bu barədə TASS məlumat yayıb. Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.

"HƏMAS" İsrailin daha bir hərbi bazasını ƏLƏ KEÇİRDİ

İsrailə məxsus məşhur "Merkava 4" tankları da daxil olmaqla bütöv bir hərbi baza HƏMAS-ın əlinə keçib. Sozcu.az bu barədə "Əl-Cəzirə" kanalına istinadən xəbər verir. Məlumata görə, "HƏMAS" silahlılarının uzun sürən döyüşlərdən sonra İsrailə aid hərbi bazanı ələ keçirdiyi bildirilir. Bazada bir çox müasir silahlarla yanaşı, çoxlu sayda "Merkava 4" tankları mövcuddur.

Ukrayna Rusiyanın 10 minlik ordusunu mühasirəyə alır

Baxmut və Donetsk vilayəti Ukrayna qoşunları tərəfindən mühasirəyə alınacaq. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. Onun sözlərinə görə, Baxmutun Rusiya üçün çox böyük siyasi və ideoloji dəyəri var: "Putin şəxsən Baxmutun ələ keçirildiyini elan etdi və qəhrəmanlarını mükafatlandırdı. Biz tiran üçün şəxsi imicin nə olduğunu başa düşürük. Onlar nə qədər mübarizə apara bilirlərsə, aparacaqlar. Orada kifayət qədər ciddi qruplaşma - 10 mindən çox əsgər var. Bu, demək olar ki, tam mexanikləşdirilmiş bölmədir, belə bir şəhər üçün bu, çox şeydir, lakin əməliyyat mühasirəsi tamamilə mümkündür və baş verməlidir". Onun sözlərinə görə, bir neçə min rus bir anda təslim olsa, bu, Ukrayna üçün unikal təcrübə olar.

Rusiya hava hücumundan müdafiə qüvvələri öz təyyarəsini vurdu

Oktyabrın 6-da, Mariupol yaxınlığında ruslar öz təyyarələrini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib. O bildirib ki, təyyarə Rusiya hava hücumundan müdafiə qüvvəlləri tərəfindən vurulub.

Rusiyanın itkiləri 281 mini ötdü

Ukrayna müharibənin 590-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 281 090 hərbçi, 4777 ədəd tank, 9082 ədəd zirehli döyüş maşını, 6666 ədəd artilleriya sistemi, 806 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 540 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9015 ədəd avtomobil texnikası, 5158 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 951 xüsusi avadanlıq itirib.

Ukrayna bu ərazidə “boz zona"nı ələ keçirdi

Ukrayna ordusu Avdeyevka-Donetsk xəttində məhdud hücum əməliyyatlarını davam etdirərək irəliləyiş əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna qüvvələri Donetskin qərbində, Nevelskoye yaxınlığında “boz zona”nı ələ keçirib: “Ruslar Avdeyevka-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirsələr də, uğursuz alınıb. Bununla yanaşı, rus qoşunu Kupyansk-Svatovo-Kremennoy xəttinə qurudan zərbələr endirib, bir qədər irəliləyib. Geolokasiya görüntülərindən görünür ki, ruslar Kremennoydan 22 km şimal-qərbdə Makeyevkadan bir qədər şərqə doğru irəliləyiblər”.