Rusiyanın T90S tankı məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir T-90S tankını KMT-7 mina trolu ilə məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib. O qeyd edib ki, hadisə Pokrovski istiqamətindəki Pobeda kəndi ərazisində baş verib.

ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı

ABŞ Gürcüstanla birgə "Noble Partner" hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat verib. Qeyd olunub ki, ABŞ ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Bunun bir hissəsi olaraq ABŞ təlimləri qeyri-müəyyən müddətə təxirə salacaq".

Rişi Sunak istefa verdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb. O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

862-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 862-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 547 470 hərbçi, 8 132 ədəd tank, 15 600 ədəd zirehli döyüş maşını, 14 777 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 878 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 923 ədəd avtomobil texnikası, 11 694 ədəd PUA, 2 342 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 468 xüsusi avadanlıq itirib.

Mirzoyan Gürcüstana gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Gürcüstana rəsmi səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. O, gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

Kərkük-Ceyhan kəmərinə terror cəhdi…

İraqda meşələri yandırmaqda şübhəli bilinən PKK-çılar saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Musəvi məlumat yayıb. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin İraq Kürd Regionu ilə birlikdə keçirdiyi əməliyyat nəticəsində ikisi Kərkükdə, biri isə Diyalə əyalətində olmaqla, 3 nəfər ələ keçib. Musəvi bildirib ki, saxlanılar ifadələrində meşə yanğınlarından sonra Kərkük-Ceyhan neft kəmərində partlayışlar, Bağdadın Şorca və Sədr bölgələrində yanğınlar törətməyi planlaşdırdıqlarını deyiblər. İraq Kürd Muxtariyyətinin rəsmisi Hemin Mirani saxlanılanların PKK terror təşkilatının üzvləri olduqlarını bildirib.

860-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 860-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 545 090 hərbçi, 8 107 ədəd tank, 15 566 ədəd zirehli döyüş maşını, 14 655 ədəd artilleriya sistemi, 1 114 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 874 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 787 ədəd avtomobil texnikası, 11 641 ədəd PUA, 2 335 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 452 xüsusi avadanlıq itirib.

Türk ordusu Suriya və İraqda daha 7 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın və İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Vurğulanıb ki, Suriyanın şimalında 3 PKK-çı, İraqın şimalında isə 4 terrorçu məhv edilib. Qeyd edək ki, ötən gün də Suriya və İraq ərazisində 10 terrorçu zərərsizləşdirilib.

Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Ötən ilin 7 oktyabrından bəri Qəzza zolağında 37,8 mindən çox fələstinli ölüb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananların sayı 86 858 nəfər olub. Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 40 fələstinli ölüb, daha 224 nəfər isə yaralanıb.

Putinin Sovet imperiyası ərazilərini bərpa etmək niyyəti təsdiqləndi...-TELEDEBAT+VİDEO

 Trampın sözlərinə görə, o, Putinin müharibəni dayandırmaq üçün qoyduğu şərtləri dəstəkləmir... Donald Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni dayandıracağını bir daha bəyan edib. Sozcu.az xəbər verir ki, "Ukrinform"un  yazdığına görə, Tramp bunu iyunun 27-də yerli vaxtla saat 21:00-da "CNN"-də başlamış hazırkı prezident Co Baydenlə 90 dəqiqəlik teledebat zamanı deyib. Eks-prezident Ağ Evin hazırkı rəhbərini Ukraynaya külli miqdarda vəsait ayırmaqda ittiham edib. Onun sözlərinə görə, bunu etmək lazım deyildi və o, prezident olsaydı, Putin müharibəyə başlamazdı. Eyni zamanda aparıcıların Putinin müharibənin dayandırılması şərtləri ilə bağlı dediklərini dəstəkləyib-dəstəkləmədiyi haqdakı sualına Tramp “Xeyr” cavabını verib. Öz növbəsində Bayden Putini hərbi cinayətkar adlandırıb. "O, Sovet imperiyasının bir hissəsi olan əraziləri işğal yoluyla bərpa etmək istəyir" deyə Amerika lideri vurğulayıb.

Dağıstan hadisələrində ölənlərin sayı ARTDI

RF Dağıstanda terror aktları nəticəsində ölən polis əməkdaşlarının sayı 16-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, yaralılardan 24 yaşlı çavuş xəstəxanada ölüb. Bununla ölənlərin ümumi sayı 26 nəfərə çatıb. Yaralılar isə 51 nəfərdir. Yaralı təhlükəsizlik qüvvələrinin ikisinin vəziyyəti hələ də son dərəcə ağırdır.

Ukrayna ordusu Belqorodu vurdu: ölü və yaralılar var

Ukrayna ordusu sutka ərzində Belqorod vilayəti ərazisinə 110-dan çox mərmi atıb. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. “10-dan çox yaşayış evi, 2 kommersiya obyekti, 50 avtomobil və 3 həyətyanı sahəyə ziyan dəyib”, - Qladkov bildirib.