Qəzzada 100-ə yaxın jurnalist öldürülüb

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.  Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb.  100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər. 

Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik",- o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik".

İndoneziya sahilində güclü ZƏLZƏLƏ

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Berbok Odessada 4 saat sığınacaqda qalıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat verib. “Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib”, - nəşr bildirib. Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.

Sırski elan etdi: Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək

Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı çıxışında deyib. “Düşünürəm ki, yaxın gələcəkdə biz havada rus işğalçısına asimmetrik cavab verəcəyik. Daha çox yanan Rusiya təyyarələri olacaq. Dövlət rəhbərliyi bunun üçün mümkün olan hər şeyi edir”, - Sirski bildirib. O xatırladıb ki, Ukrayna iki il ərzində şimalı və Xarkov vilayətini, Xerson vilayətinin bir hissəsini, İlanlar adasını azad etməklə, həmçinin Qara dənizi Rusiya donanmasından təmizləməklə nəzərəçarpacaq uğurlar əldə edib.

Ukrayna bu ölkə ilə də təhlükəsizlik sazişi imzaladı

Ukrayna və İtaliya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında bildirilib. "İtaliya hökumətinin başçısı ilə görüşlərimiz həmişə mənalıdır. Bu günün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır", - prezident deyib.

Gürcü prezident Rusiyanı qınadı, Ukraynanı DƏSTƏKLƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya-Ukrayna müharibəsinin 2-ci ilinin tamam olmasına münasibət bildirib. Sozcu.az xəbər verir ki, Zurabişvili 2 il davam edən şiddətli döyüşlərdən sonra belə Rusiyanın qalib gələ bilmədiyini vurğulayaraq, onu qınayıb. “İki il... İki il keçdi, amma Rusiya qalib gəlmədi. Rusiya Ukraynanının qüdrətini qıra bilməzdi. Rusiya Ukraynanaı parçalayıb onu Avropadan ayıra bilməzdi. Sizinlə həmrəylik yekdildir, dəstək göz qabağındadır, uğur və qələbə sizindir”,, - Zurabişvili Ukraynaya videomüraciətində bildirib.

Zelenski hücum anonsu verdi: Sürpriz olacaq

2024-cü ildə Ukrayna təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Müdafiə olunmaq bir nömrəli tapşırıqdır. Qara dənizdə uğurlu tariximizi davam etdirəcəyik. Detallara toxunmayacağam, amma ruslar sürprizlərlə qarşılaşacaq”, - Zelenski bildirib.

Rusiya Ukraynada 1 gündə 1000 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1000 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 408 240 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 37 zirehli döyüş maşını, 49 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Fransa bu silahları Ermənistana verir

Fransa fevralın 22-də Ermənistana silahların yeni partiyasını tədarük edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Fiqaro” məlumat yayıb. Bildirilib ki, yeni partiyaya gecəgörmə cihazları və 250 km-ə qədər məsafədə təyyarələri aşkar edə bilən GM200 RLS-lər daxildir: “Tərəflər bu barədə hələ 2023-cü ilin oktyabrında hava hücumundan müdafiə, eləcə də gecəgörmə durbinləri ilə bağlı niyyət sazişləri imzalanarkən razılaşıblar”. Nəşrin yazdığına görə, Ermənistan və Fransa 2024-cü ildə birgə hərbi təlimlər keçirməyi də planlaşdırır.

Rusların poliqonu yenə vuruldu: 60 ölü

Xerson vilayətində rus hərbçilərinin olduğu poliqon Ukrayna ordusu tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumatı Ukrayna Cənub Könüllü Ordusunun spikeri Sergey Bratçuk da təsdiqləyib. Onun sözlərinə görə, zərbədən əvvəl Rusiyanın “Dnepr” ordu qruplaşmasının komandirləri yoxlama aparmaq üçün əraziyə gəliblər. Teleqram kanalları isə yazır ki, zərbə Xerson vilayətindəki Podo-Kalinovka poliqonuna endirilib. Poliqonda Krınkiyə hücuma hazırlaşan 328-ci desant-hücum alayı, 810-cu əlahiddə dəniz piyadaları qvardiya briqadası və 81-ci özüyeriyən artilleriya alayının hərbçiləri olub. Komandir heyəti ilə birlikdə 60-dan çox hərbçinin məhv edildiyi bildirilib. Qeyd edək ki, Ukrayna ordusu ötən gün Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirmişdi, nəticədə 65 hərbçi ölmüşdü.

Ukraynada danışıqlar üçün şərait yoxdur - Blinken

Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün danışıqlar şəraiti görmür. Sozcu.az “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə Ukrayna və Qəzza müzakirəsi zamanı deyib. Qeyd edək ki, Blinken Silva ilə ölkənin paytaxtında görüşüb. Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün oradan Rio-de-Janeyroya gedib.