ABŞ icazə verdi: Almaniya İsraildən bu silahı alır

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən “Arrou 3” raketdən müdafiə sistemi almağa icazə verib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ın dəstəyi ilə öhdəlik məktubunun imzalanması mərasimində yüksək səviyyəli İsrail və Almaniya rəsmiləri iştirak edəcək. Məlumata görə, İsrail və Almaniya parlamentlərinin təsdiqini aldıqdan sonra tam müqavilə 2023-cü ilin sonuna qədər imzalanmağa hazır olacaq. Qeyd edək ki, “İsrael Aerospace İndustries” tərəfindən istehsal olunan “Arrou 3” zenit raket kompleksi ABŞ və İsralin birgə layihəsidir. Bu sistem ballistik raketləri məhv etməyə qadirdir.

Rusiyanın itkiləri 256 mini ötdü

Ukrayna müharibənin 540-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 050 hərbçi, 4329 ədəd tank, 8398 ədəd zirehli döyüş maşını, 5169 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7641 ədəd avtomobil texnikası, 4272 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Urojaynoe yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar rəsmi açıqlamasında məlumat verib. “Urojaynoe azad olundu. Ordumuz ərazidə möhkəmlənir. Hücum əməliyyatları davam edir”, - Malyar bildirib. Qeyd edək ki, bir neçə gün öncə də Ukrayna ordusunun Urojaynoe yaşayış məntəqəsini azad etməsi barədə də məlumatlar yayılmışdı.

"Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz"

Beynəlxalq tərəfdaşlar Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etmir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Bu xəbərlər heç nə ilə təsdiqlənmir. Onlar yalnız internetdə mövcuddur. Bilmirəm, bəlkə də bu, Rusiyanın troll ordusunun işidir, amma tərəfdaşlar danışıqlar üçün heç bir tələb qoymayıblar. Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz. Rusiya Karfagen kimi məhv edilməlidir. Düşməni özündən arxada qoymaq olmaz”, - Danilov bildirib.

NBC: Tramp avqustun 25-dək polisə təslim olmalıdır - Məhkəmə canlı yayımlanacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə cəhdində ittiham olunur.  Sozcu.az xəbər verir ki, NBC-nin yerli prokuror Faney Uillisin yaydığı sənədə istinadən verdiyi məlumata görə, Corciya ştatında ittiham aktı açıqlanıb. Tramp və digər müttəhimlər avqustun 25-dən gec olmayaraq polisə təslim olmalı və həbs-qəti imkan tədbirini təyin edəcək hakim qarşısına çıxmalıdırlar. Görüş canlı yayımlanacaq. Dövlət Böyük Münsiflər Heyətinin ittihamın lehinə səs verdiyi bildirilir. İttiham aktında saxtakarlıq və saxta sənədlərin təqdim edilməsi də daxil olmaqla 13 maddə var. Trampdan başqa, onun keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfər müttəhimdir. Bundan əvvəl Tramp məxfi sənədlərin düzgün saxlanmaması, keçmiş pornoqrafik aktrisa Stormi Danielsin ödənişində dələduzluqda ittiham olunub. O, həmçinin Kapitoliya hücumu ilə bağlı məhkəməyə çağırılıb.

Rusiyanın 315 ədəd hərbi təyyarəsi məhv edilib

Ukrayna müharibənin 538-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 254 920 hərbçi, 4313 ədəd tank, 8370 ədəd zirehli döyüş maşını, 5128 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 482 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7584 ədəd avtomobil texnikası, 4242 ədəd PUA, 1387 qanadlı raket, 18 gəmi/qayıq, 769 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu Berdyansk şəhərinə raketlərlə hücum edib

Ukrayna ordusu işğal altındakı Berdyansk şəhərinə raketlərlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, hücumun qarşısı alınıb. İtkilər barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, Berdyansk 2022-ci il fevralın 24-də başlayan müharibə nəticəsində Rusiya tərəfindən işğal edilib. Xatırladaq ki, Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Rusiyanın itkiləri 255 minə yaxınlaşır

Ukrayna müharibənin 537-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 254 380 hərbçi, 4306 ədəd tank, 8354 ədəd zirehli döyüş maşını, 5099 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 479 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7562 ədəd avtomobil texnikası, 4213 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 766 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu bu əraziləri azad etdi

Ukrayna ordusu Tavriya istiqamətində müəyyən əraziləri azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Tavriya əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski Teleqramda məlumat yayıb. "Tavriya istiqamətində geri alınmış ərazilər var. Müdafiə qüvvələri işləyir”, - məlumatda qeyd edilib.

Rusiyanın 8324 ədəd zirehli döyüş maşını məhv edlib

Ukrayna müharibənin 535-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 253 290 hərbçi, 4295 ədəd tank, 8324 ədəd zirehli döyüş maşını, 5053 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 472 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7523 ədəd avtomobil texnikası, 4201 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 759 xüsusi avadanlıq itirib.

Ukrayna kəşfiyyatı: "Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər"

“Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər. Çünki Rusiya paytaxtının hava hücumundan müdafiəsi sistemləri effektiv işləyə bilmir”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Kiyev Post”a müsahibəsində deyib. O, Moskva əhalisinin artıq təhlükəsiz olmadığını söyləyib: “Bu anlayış onlardan uzaqdır. Bütün dünya Rusiyanın müdafiə sisteminin müasir çağırışlara cavab vermədiyini görür. Halbuki Rusiya silah bazarında lider olduğunu iddia edir”. A.Yusovun sözlərinə görə, bu tendensiya nəticəsində Rusiya əhalisi Kremlin təbliğatına inanmağa davam etməyə bilər. O əlavə edib ki, Rusiya şəhərlərinə gündəlik hücumların sayı arta bilər: “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində təyyarələr və hava limanlarımız işləmir və ya dağıdılır. Bu gün qarşı tərəf də oxşar hadisələri yaşayır”. Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Rusiyada partlayışların daha tez-tez olacağı barədə xəbərdarlıq edib. Xatırladaq ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

Rusiyanın itkiləri 253 minə yaxınlaşır

Ukrayna müharibənin 534-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 252 780 hərbçi, 4290 ədəd tank, 8318 ədəd zirehli döyüş maşını, 5043 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 471 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7511 ədəd avtomobil texnikası, 4197 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 756 xüsusi avadanlıq itirib.