Ukraynadan Rusiyaya daha 1160 tabut göndərildi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1160 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 421 430 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 51 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Ukrayna ordusu əks-hücuma keçə bilər - General

Ukrayna ordusu bu il əks-hücum əməliyyatı həyata keçirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk bildirib. "Təşəbbüsü ələ keçirmək üçün hər şey edilir. Bizim bu il vəzifəmiz cəbhə xəttini sabitləşdirmək, düşməni mümkün qədər məhv etmək, bərpaya ehtiyacı olan bölmələri yenidən toplamaq, zərbə qüvvəsi yaratmaq və əks-zərbə əməliyyatlarını həyata keçirməkdir", - quru qoşunları komandiri deyib. Onun sözlərinə görə, ruslar indi Rusiyadakı prezident seçkilərinə qədər mümkün qədər çox ərazi zəbt etmək üçün hər şeyi edirlər.

Ostin: Müharibə ABŞ iqtisadiyyatını gücləndirdi

Ukraynadakı müharibə ABŞ-ın hərbi-sənaye kompleksini gücləndirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinin istehsal gücünün genişləndirilməsinin zəruriliyini göstərib: “Kiyevə kömək etmək üçün göndərdiyimiz silahlar Amerikada Texasdan Ohayoya və Arizonaya kimi ölkənin hər yerində amerikalı işçilər tərəfindən hazırlanır”.

Rusiyanın itkiləri 420 mini ÖTDÜ

Ukrayna müharibənin 742-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 420 270 hərbçi, 6 678 ədəd tank, 12 728 ədəd zirehli döyüş maşını, 10 308 ədəd artilleriya sistemi, 1008 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 701 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 479 ədəd avtomobil texnikası, 7 921 ədəd PUA, 1 918 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 642 xüsusi avadanlıq itirib.

Rus gəmisi dronlar tərəfindən məhv edildi - Video

Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, bu, Ukrayna Baş Kəşfiyyat İdarəsinin həyata keçiridiyi əməliyyat olub. Gəmiyə dəniz dronlarının hücum etdiyi bildirilir.

Rusiya Ukraynada daha 1150 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1150 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 417 950 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 21 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Ukrayna silahlarımızla Rusiyanı da vura bilər - Finlandiya

Finlandiya Ukraynanın tədarük etdiyi silahların istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib. O bildirib ki, Finlandiya bu silahların xüsusilə Rusiya ərazisində istifadəsinə qadağa qoymayıb. Hakkanen əlavə edib ki, belə bir qadağa əsasən Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təmin edən ölkələr tərəfindən tətbiq edilir. Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Jukka Kopra nazirin fikirləri ilə razılaşıb. "Lazım gələrsə, Ukrayna da Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməlidir", - o bildirib.

Qəzzada ölənlərin sayı 30,2 mini keçdi

İsrail ordusunun əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 30 228-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralıların sayı isə 71 377-ə yüksəlib.

Zelenskinin Ermənistana səfəri ləğv edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətinə yaxın olan teleqram kanalları məlumat yayıb. Bildirilir ki, onun regiona səfəri ləğv olunub. Qeyd edək ki, erməni mətbuatında Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər edəcəyi barədə məlumat yayılmışdı. Səfərin martın 4-də baş tutacağı deyilirdi.

Zurabişvili eyham vurdu: Mişanı əfv edəcək - Təcili

Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib. Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib: “Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”. Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.

Qəzzada 100-ə yaxın jurnalist öldürülüb

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.  Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb.  100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər. 

Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik",- o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik".