Ukrayna Belqorodu vurdu: ölənlər var

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində 7 mülki sakinin öldüyünü deyib. Sozcu.az xəbər verir ki, bu barədə vilayət başçısı Teleqramda yazıb. “Ötən gün Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, - Qladkov bildirib.

Rusiyanın daha bir neft bazası vuruldu - Təcili

Rusiyanın Voronej vilayətinin Liskinsk rayonundakı neft bazasına PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Hücum nəticəsində bir neçə yanacaq çəni partlayıb. Məlumatı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də təsdiqləyib.

Akşenerlə bağlı İDDİALAR: Vitse-prezident olacaq, oğlu Parisə səfir gedir...

Türkiyədə İYİ Partiyanın keçmiş sədri Meral Akşenerin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü məsələsi gündəmdə qalmağa davam edir. Sozcu.az xəbər verir ki, görüşlə bağlı Akşener və jurnalist İsmail Saymaz arasında qalmaqal yaşanıb. Xəbər verdiyimiz kimi, Saymazın məlumatına görə, Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib. O bildirib ki, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb. Bundan sonra Akşener rəsmi X səhifəsində paylaşım edərək yayılan məlumatları təkzib edib və Saymazın jurnalist fəaliyyətini tənqid edib. Akşenerin ittihamına cavab verən jurnalist İsmail Saymaz onu jurnalistliyindənsə öz siyasi keçmişini sorğulamağa dəvət edib. Akşener-Ərdoğan görüşünün detalları ictimaiyyətə açıqlanmadığı üçün müxtəlif iddialar mətbuatda özünə yer edib. Məsələn, Saymazın sözlərinə görə, Ərdoğan "bir iş adamının işini Ali Məhkəmədə həll etmək" üçün Ərdoğanla görüşüb. Akşener bu məlumatı da təkzib edib. Saymazın cavabı gecikməyib. O qeyd edib ki, Akşenerin Ərdoğanla nə danışdığını araşdırarkən ona İYİ Partiyadan olan millət vəkili zəng edib. İki dövr millət vəkili olan bu şəxsin son qurultaya qədər Akşenerə yaxın olduğunu bildirən Saymaz belə davam edib: “Mənə dedi ki, hansısa iş adamının işi ilə bağlı Ali Məhkəmədə vəsatət qaldırıb və bu səbəbdən iclas keçirilib. Bunu izah etdikdən sonra o, “Heyf bizim zəhmətimizə” dedi. İkinci məsələ isə belədir: Onun Cinnah prospektində, Parlamentin yaxınlığında ofis tutduğu bildirilir. Daha çoxu var idi, mən yazmadım. Meral Akşenerin evindən əşyalar ora daşınır. Bu məlumatı mən irəli sürdüm, amma Hande Fırat məndən üç gün əvvəl demişdi. Yeri gəlmişkən, mən üçüncü mənbədən təsdiqlədim və həmin şəxs İYİ Partiyanın rəhbərliyindən idi. Bundan sonra "Sözcü" televiziyasının əməkdaşları binaya getdilər. Görüntülər var. Meral xanımın prezidentlə görüşü barədə onlarla iddia irəli sürülüb. Oğlunun Parisə səfir göndərilməsi iddiası bundan yüngüldürmü? Yoxsa onun vitse-prezident olacağı iddiası mənim dediyimdən zəif məsələdir? Cavab vermir. Jurnalistliyimi şübhə altına almaq əvəzinə, öz siyasi keçmişini şübhə altına almalıdır”. Hələlik Meral Akşener İsmail Saymazın bu dediklərinə münasibət bildirməyib.

Belqoroda hücum: 3 rus əsgəri yaralandı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində üç hərbçi yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.

Bu istiqamətdə Rusiya bölmələrini məhv edirik

Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi və bu, Ukrayna Silahlı Qüvvələrinin mühüm uğurunun nəticəsidir. Sozcu.az xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə söhbətindən sonra deyib. "İndi onları mümkün qədər geri çəkirik, torpaqlarımıza daxil olan və Xarkov vilayətini terrora məruz qoyan rus bölmələrini məhv edirik. İstiqamət gücləndirilir. Və daha da güclü olacaq", - o bildirib.

İsveçrə Ukrayna üçün 60 milyon ayırdı

İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək. “2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir. İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.

Rusiyanın itkiləri 518 minə yaxınlaşır

Ukrayna müharibənin 836-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 517 290 hərbçi, 7 843 ədəd tank, 15 105 ədəd zirehli döyüş maşını, 13 533 ədəd artilleriya sistemi, 1 095 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 834 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 484 ədəd avtomobil texnikası, 10 945 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 248 xüsusi avadanlıq itirib.

İsrail Livanı vurdu: Çoxlu itki var

İyunun 6-na keçən gecə İsrail ordusu Livan boyu bir neçə hədəfə zərbələr endirib, nəticədə çoxlu itki var. Sozcu.az xəbər verir ki, bu barədə “Al Mayadin” məlumat yayıb. “Livanın cənubundakı Vadi Hilo bölgəsində yuyucu toz fabrikinə zərbə nəticəsində 4 nəfər yaralanıb. Bundan bir neçə saat əvvəl Livanın cənubundakı Bint-Ceybel şəhəri yaxınlığında Beyt Yahunuya edilən hava hücumu nəticəsində isə 7 nəfər yaralanıb. İsrail aviasiyası Siddiqin, Adçit, Odayse və Kunin şəhərlərini də hədəf alıb”, - məlumatda deyilir.

Cəlalabadda türk bayrağı yandırıldı: yaxalandılar

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları ekstremist təşkilatın üzvü olan və dövlət bayraqlarını yandırmaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib. “2024-cü il mayın 29-dan 30-na keçən gecə Cəlalabad vilayətinin Suzak rayonunun Bekabad kəndində Qırğızıstan Respublikasının dövlət bayraqlarının yandırılaraq qəsdən məhv edilməsi və sonradan üzərinə ərəb dilində mətnlər yazılmış ağ bayraqlarla əvəzlənməsi faktı qeydə alınıb. Həmin şəxslərin “Hizb ut-Təhrir” dini ekstremist təşkilatının üzvü olan 19 və 16 yaşlı ölkə vətəndaşları olduqları məlum olub”, - məlumatda deyilir.

Rusiyanın itkiləri 510 minə yaxınlaşır

Ukrayna müharibənin 830-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 509 860 hərbçi, 7 765 ədəd tank, 14 980 ədəd zirehli döyüş maşını, 13 233 ədəd artilleriya sistemi, 1 089 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 821 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 092 ədəd avtomobil texnikası, 10 699 ədəd PUA, 2 268 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 195 xüsusi avadanlıq itirib.

829-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 829-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 508 780 hərbçi, 7 740 ədəd tank, 14 947 ədəd zirehli döyüş maşını, 13 184 ədəd artilleriya sistemi, 1 088 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 815 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 006 ədəd avtomobil texnikası, 10 617 ədəd PUA, 2 230 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 181 xüsusi avadanlıq itirib.

ABŞ AB-nin İranla bağlı bu addımını dəstəklədi

Avropa Birliyinin İran hökumətinin bir sıra qurumları və şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyirik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abraham Pili deyib. "Biz raketlərin və pilotsuz təyyarələrin hazırlanmasında, onların hərbiləşdirilmiş proksi qruplara və terrorçulara paylanmasında iştirak edən bir neçə iranlı şəxs və quruma qarşı AB-nin bugünkü sanksiyalarını alqışlayırıq. Tehranın təhdid dairəsi genişdir və qlobal sabitlik, rifah və təhlükəsizliyi pozur. Bu gün biz də İrana qarşı sanksiyalarımıza əlavələr etdik”, - Pili bildirib. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın pilotsuz təyyarə proqramında fəal olan 4 müəssisə və 1 şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.