Ukrayna müharibənin 1362-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 158 260 hərbçi, 11 353 ədəd tank, 23 591 ədəd zirehli döyüş maşını, 34 469 ədəd artilleriya sistemi, 1 543 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 244 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 67 464 ədəd avtomobil texnikası, 81 286 ədəd PUA, 3 940 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 000 xüsusi avadanlıq itirib.
