İsrail BMT-nin Livandakı qüvvələrinə atəş açdı

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNİFİL) İsrail qüvvələrinin Livanın cənubunda onlara atəş açdığını bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə sülhməramlılar bəyanat yayıblar.

“Bu səhər İsrail ordusu Livan ərazisində qurduğu mövqenin yaxınlığından “Merkava” tankından UNİFİL sülhməramlılarına ağır pulemyotlardan atəş açıblar. Bu atəş İsrail və Hizbullah arasında 2006-cı ildə baş verən münaqişəyə son qoyan və həmçinin ötən ilin noyabr ayında atəşkəsin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, - bəyanatda qeyd olunub.

Share on Facebook