“Azəristiliktəchizat”ın ləğv olunması tələb edilir

Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəraiti mülayim olsa da, dağlıq və dağətəyi rayonlarda artıq havalar soyuyub. Havalar soyuduqca, insanların istiliklə bağlı qayğıları artır. Çünki əksər çoxmənzilli binalarda yaşayan sakinlər qış aylarında mənzillərin yaxşı qızdırılmamasından gileylənirlər. Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Yəni bununla bağlı istehlakçı və "Azəristiliktəchizat" ASC arasında müqavilənin olması mütləqdir. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab edilir. Lakin sözügedən müqaviləni bağlamaqdan imtina edənlər də az deyil. Vətəndaşlar buna əsas səbəb kimi xidmət keyfiyyətinin aşağı, istiliklə bağlı tariflərin yüksək olmasını göstərirlər. Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda “Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə bir kub isidilən həcmə 25 qəpik, bir Qkala görə isə 30 manat ödəyir. Bəs, görəsən, mövcud problemin həlli istiqamətində hansı addımların atılmasına ehtiyac var? "Azəristiliktəchizat" ASC yeni mövsümə necə hazırlaşır? "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyir ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: “Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır. Hazırda qurumun balansında 564 qazanxana mövcuddur. Ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur. Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir”. Mətbuat katibinin sözlərinə görə, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq: ”Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir”. "Azəristiliktəchizat" ASC ilə istehlakçılar arasında müqavilələrin bağlanılması məsələsinə aydınlıq gətirən E.Basqallı bu prosesin bir ilə yaxındır davam etdiyini vurğulayır: “Təbii ki, keyfiyyətdən razı olmayan, yüksək keyfiyyətli istilik almadığını iddia edən istehlakçı istənilən vaxt "Azəristiliktəchizat" ASC-yə müraciət edə bilər. Bu halda müvafiq akt tərtib olunaraq həmin mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təminatdan çıxarılır. Amma indiyədək belə halla rastlaşmamışıq. Artıq ümumi mənzillərin 50 faizdən çoxunda istehlakçı ilə müqavilə bağlanılıb. Müqavilə ilə bağlı problem yoxdur. Əsas problem köhnə tipli qazanxanalarla bağlı yaranır. Hazırda 60-dan çox qazanxana köhnədir. Bu istiqamətdə də bu ildən işlərə başlanılıb və köhnə tipli qazanxanalar yenilənir”. Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov “Azəristiliktəchizat” ASC ilə müqavilə bağlamaqdan imtina edən istehlakçıları haqlı sayır. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti rentabelli olmadığından ləğv edilməsinə ehtiyac var: "Həm “Azəristiliktəchizat” ASC, həm də mövcud istilik sistemi bizə sovet dövründən miras qalıb. İstilik şəbəkəsinin xətləri çox köhnədir, boruların istismar müddəti 30-33 ildir, artıq çürüyüblər. Nəticədə mütəmadi olaraq sistemdə sızmalar ortaya çıxır. Soyuq aylarda əhali məcbur olub mənzilə istiliklə yanaşı, elektrik qızdırıcıları qoşur. Ayın sonu isə “Azəristiliktəchizat” ASC keyfiyyətsiz istiliyə görə abonentlərdən pul istəyir. Əslində Azərbaycanda istilik tarifləri baha deyil, sadəcə xidmət keyfiyyətsiz olduğundan tərəflər arasında narazılıq yaranır. Abonentlər keyfiyyətsiz istiliyə görə aylıq ödənişi etməkdən imtina edir, ödənişi gecikdirirlər. Təbii ki, buna görə haqlıdırlar. Amma istehlakçının ödənişi gecikdirməsi nəticəsində “Azəristiliktəchizat” ASC zərərlə işləyir və suya, qaza, elektrik enerjisinə görə böyük miqdarda borcu yaranır. Bu, dövlət qurumları arasında mübahisəyə səbəb olur ki, ziyanı yenə də vətəndaşa dəyir”. Mütəxəssis problemdən çıxış yolunu kombi sisteminin tətbiq olunmasında görür: “Hesab edirəm ki, zamanla mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çünki keyfiyyətli xidmət üçün yeni qazanxanalar tikilməli, xətlər dəyişdirilməlidir. Bu, külli miqdarda vəsait tələb etdiyindən mümkün görünmür. Həm də binalar bir-birinə o qədər yaxın inşa olunub ki, yeni qazanxana tikməyə yer qalmayıb. Gələcəkdə daha ciddi çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun seçim kombi sistemidir. Bu sistem ya dövlətin, ya da vətəndaşın şəxsi vəsaiti hesabına qurula bilər. Məsələn, imkanı olmayan vətəndaşlara kombi sistemi qurmaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kredit verilə bilər”. Həmsöhbətimiz qış-yaz mövsümü ardıcıllığının aradan qaldırılmasını da vacib sayır. Onun fikrincə, son illər dünyada baş verən iqlim dəyişmələri fəsillərə mənfi təsir etdiyindən bu təqvim mahiyyətini itirib: “Qış-yaz mövsümü ardıcıllığı sovet dövründə qoyulmuşdu. Noyabrın 15-dən aprelin 15-dək qış mövsümünə keçid edilir, qazın təzyiqi artırılır, istilik sistemi işə düşürdü. İndi iqlim dəyişmələri ilə bağlı belə bir təqvim mahiyyətini itirib. Bəlkə elə oktyabrın sonu qar yağdı, şaxta oldu? Mərkəzi istilik sistemi ilə qızdırılan binaların sakinləri soyuqdan donmalıdırlarmı?”    (“Kaspi” qəzeti)

İsrailin İrana hücumu başa çatdı

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir. "Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", - odrunun açıqlamasında deyilir. Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır. Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

Yasa gedən qardaşlar atalarının evində boğulub öldü

Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbə verir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Onlar gecə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub. Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub. ASC əməkdaşı hadisə yerində ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Lənkəran-Astara zonasında leysan davam edir

Oktyabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub. Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Mərdəkan tunelində sərnişin avtobusu batdı

Ötən gecə Bakıda yağan güclü yağış nəticəsində Mərdəkan tuneli də tamamilə su altında qalıb. Tuneldən keçmək mümkün olmayıb və sürücülər böyük çətinliklərlə üzləşiblər. Sozcu.az xəbər verir ki, lentə alınan görüntülərdə tunelin içərisinin tamamilə su ilə dolduğu və suyun səviyyəsinin avtomobillərin yarısına qədər qalxdığı müşahidə edilir.

Azərbaycanda bu siqaretlər bahalaşdı

Azərbaycanda bəzi siqaretlərin qiymətində yeni artım baş verib. Sozcu.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu gündən etibarən "LD Compact" (Ballı) markalı siqaretin qiyməti 20 qəpik bahalaşıb. İndiyə qədər alıcılara 3 manat 40 qəpiyə təklif olunan bu siqaretin yeni qiyməti 3 manat 60 qəpikdir. Bu artım, siqaret istehsalında xammal qiymətlərinin bahalaşması və ölkədə baş verən iqtisadi dəyişikliklərlə əlaqədar ola bilər. Son illərdə Azərbaycanda siqaret qiymətləri müxtəlif səbəblərlə artım nümayiş etdirib. Həmçinin, siqaret istehlakının azalması üçün hökumət tərəfindən tətbiq edilən vergi siyasətinin də bu artımlar üzərində təsiri olduğu düşünülür. Siqaret istehlakına qarşı mübarizə aparmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bazar qiymətlərində dalğalanmalar müşahidə edilir. Bu artım, həmçinin istehlakçıların alım gücünə təsir edəcək və siqaretə olan tələbatın azaldığı bir dövrdə baş verir. Növbəti dövrlərdə digər siqaret markalarının da qiymət artımına gedib-getməyəcəyi sual doğurur. Müxtəlif mütəxəssislər, bu kimi qiymət artımlarının istehlakçıların seçimlərinə və ümumilikdə bazar dinamikasına ciddi təsir edəcəyini bildirirlər. Həmçinin, alıcıların siqaret istehlakını azaltmaq üçün daha ucuz alternativlərə yönələcəyi gözlənilir.

Minik maşını avtobusla toqquşdu - Yaralı var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin avtobusla toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Çaylardan sel keçir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçir.

Rusiyanın itkiləri 670 mini ötdü

Ukrayna müharibənin 964-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 670 190 hərbçi, 8 975 ədəd tank, 17 895 ədəd zirehli döyüş maşını, 19 421 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 622 ədəd avtomobil texnikası, 17 009 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 437 xüsusi avadanlıq itirib.

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.  Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.  Bildirilib ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.

Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - BİLİNDİ

Dünən ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib. Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya  göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.  Məsələ ilə əlaqədar cəmiyyəti maraqlandıran əsas sual Əhməd Əhmədovun ailə mülkiyyətinin kimə qalacağı ilə bağlıdır. Faktiki olaraq, onun birinci dərəcəli ailə üzvlərindən heç bir həyatda deyil.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Əhməd Əhmədovun adından əmlakla bağlı əqdləri onun qəyyumları bağlaya bilər:  socar vakansiya “Düşünürəm ki, Əhmədin adına heç bir əmlak yoxdur. İndiki halda, birinci növbətə Əhmədin üzərində fəaliyyət qabiliyyəti olmadığından dolayı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-cü maddəsinə əsasən, qəyyumluq və himayəçilik təyin olunur. Belə ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 28-ci maddəyə görə isə, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların adından əqdləri, əmlakla bağlı hər hansı bir hərəkətləri onların qəyyumları bağlaya bilər”.  Hüquqşünas qeyd edib ki, Əhməd Əhmədov fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər:  “Qeyd edim ki, burada faktiki olaraq, Əhmədin valideynləri dünyasını dəyişdiyinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1244-cü maddəsinə görə, Əhməd fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər. Mütləq şəkildə miras əmlakı fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi vasitəsi ilə qəbul olunur. Eyni zamanda 1268-ci maddəyə görə isə, miras əmlakından imtinaya yalnız məhkəmənin icazəsi ilə yol verilir. Düşünmürəm ki, Əhməd və onun qanuni nümayəndələri əmlakı qəbul etməkdən imtina etsinlər. Amma istənilən halda əmlak qəbul olunacaq və həmin əmlakla bağlı onun qanuni nümayəndələrinin yalnız fəaliyyət qabiliyyəti olmayan şəxsin maraqları naminə və onun xeyirinə istənilən müqavilələrin, əqdlərin bağlanmasına qanunla icazə verilir”.