345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat

Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq: "Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil". Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər".

"Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün"

“Elə məsələlər var ki, maksimum dərəcədə həssas və diqqəıtli omaq lazımdır. Bunlardan biri də azad olunmuş ərazilər və öz doğma yurdlarına dönən həmvətənlərimizlə bağlıdır”.  Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Emin Həsənli qeyd edib ki, ölkəmizin bütövlüyünün, suverenliyinin bərpa olunmasında Azərbaycanın bütün bölgələrindən mərd, igid oğullarımız şəhid olub, sağlamlığını itirib:  “Qarabağ uğrunda savaşda bütün bölgələrimizdən olan oğullar və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri canlarını fəda edib. Azərbaycan xalqının bu məslədə bir yumruq kimi birləşməsi bədxahların gözləmədiyi bir olay idi. Ermənilər də, onlara havadarlıq edənlər də bu birliyi gözləmirdi. Bu dünya üçün bir nümunə idi. Məhz bu birliyin nəticəsi idi ki, biz qalib gəldik. Bu qələbənin daimi olmasının əsas şərtlərindən biri də bu birliyi qoruyub saxlamağımız, Ali Baş komandan ətrafında daima sıx birləşməyimiz ola bilər”. vakansiyalar Hərbi ekspert hesab edir ki, bu birliyə xələl gətirmək mümkün deyil: “Əlbəttə, bu birliyə xələl gətirmək mümkün deyil. Amma bəzi hallarda ortaya atılan müzakirələr insanların ovqatına neqativ təsir edir. Buna görə də bəzi məslələrdə ehtiyatlı davranmaq, həssas olmaq lazımdır”.  Emin Həsənli 30 illik həsrətdən sonra öz doğma yurdlarına qayıdan insanların bu illər ərzində nələr yaşadıqlarını unutmamağı tövsiyə edir: “Məcburi köçkünlər 30 il olmazın əzab-əziyyət qatlaşıb. Mülkiyyət hüququndan məhrum olub. Yataqxana küncündə, heç bir elementar şəraiti olmayan yarımçıq tikililərdə, çadırlarda yaşayıb. Onların bir çoxu, müəyyən müddət təhsil hüququndan məhrum olub, normal səhiyyə xidməti almaq hüququndan məhrum olub. Və ən nəhayət bu ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıblar. İndi dövlət onların pozulmuş hüquqlarını bərpa edir, onları öz doğma yurdlarına qaytarır. Azərbaycan qanunvericiliyində də, dünyanın hər yerində də insanların mülkiyyət hüququ var. Və bu hüquqa hörmətlə yanaşılır. Biz də bu hüquqa hörmətlə yanaşmalıyıq. Bəli, bu həm də mənəvi məslədir. Ona görə də bu məsələlərin müzakirəsində maksimum dərəcədə həssas və ehtiyatlı olmaq lazımdır. Bir zamanlar “qaçqınlar və yerlilər” avantürasını ortaya atanlar indi də doğma yurduna qayıdan insanları digərləri ilə qarşı-qarşıya qoymaq istəyirsə, biz buna qarşı olmalıyıq. Xalqımızın birliyinə xələl gətirəcək belə müzakirələr ancaq Azərbaycanın düşmənlərinin işinə yarıya bilər. Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün. Azərbaycanın hər qarışı hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin vətənidir”. 

Paşinyan Akopyanla birgə ABŞ-a getdi

Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan ABŞ-a işgüzar səfərə yollanıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Paşinyan 27 sentyabra kimi baş tutacaq səfər zamanı Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək, sessiyanın yüksək səviyyəli seqmentində çıxış edəcək. Paşinyanın BMT Baş katibi Antonio Quterrişlə də görüşü nəzərdə tutulur.

Avtomobil 9 yaşlı məktəblini vurub öldürdü

Sumqayıtda 9 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki “Dost” marketin qarşısında qeydə alınıb. Belə ki, Fərid Əliyev idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə yolu keçən azyaşlını vurub. Ağır xəsarət alan 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədli hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, vəfat edən 9 yaşlı Fəqan orta məktəbin 4-cü sinif şagirdi imiş.

Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir

2024-cü ilin avqustu dünyada temperaturun yüksəlməsi baxımından 2023-cü ilin eyni dövrü ilə birinci yeri bölüşüb. Ötən ay orta aylıq temperatur 2023-cü ildə olduğu kimi 16.8 dərəcə olub. Son 50 ildə avqust ayında dünyada orta temperatur 1.3 dərəcə artıb. Məlumdur ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.  Avqust ayında qeydə alınan temperaturu nəzərə alsaq, payızda bizi hansı hava şəraiti gözləyir? Sozcu.az xəbər verir ki, bununla bağlı meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında ən son məlumatları bölüşüb:  "Respublikamızda yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək davam edir. Sentyabr ayının III ongünlüyündən başlayaraq havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu:  Abşeronda-  21,3-22,4 °C, Lənkəran-Astara zonasında-   15,6-21,5 °C, Kür-Araz ovalığında- 21,4-22,5 °С, Kiçik Qafqazın şərq yamacında-  10,5-19,8 °С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8 °С, Qazax-Gəncə zonasında-   19,8-20,4 °С, Böyük Qafqazın cənub yamacında-   11,8-19,6 °С, Böyük Qafqazın şimal-şərq yamacında-  10,3-19,3 °С, Naxçıvanda isə 20,5-21,9 °С müşahidə edilir". Ekspert ən çox yağıntının hansı bölgəyə düşəcəyini də qeyd edib: "Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv olaraq enmə davam edir və Noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır. Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir. Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir". 

Bakıda ən çox hansı evlərin qiyməti bahalaşıb? – Həyət, yoxsa bina?

Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.1 faiz artıb. Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində tələbin artması qeydə alınıb. Qeyri-yaşayış sahələrində 2.7 faiz aylıq qiymət artımı olub. Yaşayış evlərində qiymətlər 1.9 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 4.1%. Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.

“Məktəblərin qabağında gördüyümüz mənzərə dəhşətdir” – Səs-küylü açıqlama

Valideynlər məktəb direktorları ilə görüşmək istəyi çox vaxt çətinliklə üzləşir. Təhsil naziri Emin Əmrullayev belə etiraf etdi ki, onun qəbuluna düşmək bəzi direktorların qəbuluna düşməkdən asandır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil müəssisələrində təhlükəsizlik qaydaları da qorunmalıdır, buna görə də hər kəsin binaya daxil olması yolverilməzdir: “Məktəb ictimai yerdir, lakin qapalı ictimai yerdir. Məktəbə daxil olan hər bir valideyn potensial təhlükə də yarada bilər. Doğrudur, qanunvericiliyə görə, valideynin məktəbə daxil olmasında hər hansı bir qadağa, məhdudiyyət yoxdur. Yəni valideynlər günün istənilən saatında məktəbin aidiyyəti şəxsləri ilə görüşə bilərlər. azal vakansiya Direktor inzibati vəzifədir, onunla istənilən vaxt görüşmək pedaqoji fəaliyyətin gedişinə də mane ola bilər. Ona görə də məktəb direktorunun qəbul günü və qəbul saatları olmalıdır. Həftədə 2 gün 4 saatdan az olmamaq şərti ilə. Təkcə məktəb direktorunun deyil, məktəbdə inzibati vəzifə daşıyan şəxslərin də xüsusi qəbul günü olmalıdır. Valideynlər də həmin vaxtlar məktəbə gedə bilərlər və bu onların hüququdur.  4432 orta təhsil məktəbin 2 minindən çoxunda şagird sayı 200-dən çoxdur və bu qədər valideyn birdən-birə məktəbə gəlsə, təbii ki, tədrisin gedişi pozulacaq”. Kamran Əsədov məktəb direktorları ilə valideynlər arasında kommunikasiyanın qırıldığını bildirib: “Ən ciddi problemimiz odur ki, valideynlərlə məktəb arasında münasibət yox dərəcəsindədir. Məktəb icmaları işlək deyil. Hamı öyrəşiblər ki, məktəb direktorlarının böyük əksəriyyəti ancaq pul yığır. Artıq elə deyil, qaydalar dəyişilib. Məktəb direktorlarının əvvəlki kimi rahatlıqla pul yığmaları mümkün deyil. Artıq çox şey dəyişib. Bu gün Elm və Təhsil Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi məktəblərə çox ciddi nəzarət edir ki, mənfi hallar baş verməsin. Amma direktorlar da əvvəlki kimi deyil, çox dəyişiliblər. Elələri var ki, “köhnədən qalma”dır, müəyyən qədər kiminsə yaxınıdır, dostu-tanışıdır, ailə üzvüdür. Onlarla görüşmək, ünsiyyət qurmaq, dil tapmaq çətindir. Bir daha qeyd edim ki, valideynlərin məktəbə girişi heç bir qanunla məhdudlaşdırılmayıb. Sadəcə işçilər qeyri-rəsmi formada bunu edirlər. Çünki hər an hər kəs məktəbə daxil olsa, tədrisin gedişi pozula bilər. Əgər icazə versələr, inanın ki, valideynlər sinif otaqlarına, parta arxasına qədər keçəcəklər. Valideynlərin imkanları olsa, az qala maşını partanın yanına qədər də sürərlər. Hər səhər məktəblərin qabağında gördüyümüz mənzərə dəhşətdir. Yəni biz məsələyə bu tərəfdən də baxmalıyıq. İmam üçün ağlayanda yezid üçün də ağlamaq lazımdır”.

I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Sentyabrın 20-də hərbçilər Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Bakı sakinlərinə PİS XƏBƏR: Aylarla davam edəcək...

Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil.  Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında mövcud vəziyyətdən danışıb:  “Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil”.  kapital bank vakansiya Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib:  “Ənənəvi dərslərlə bağlı yaranan sıxlıq və tıxaclar hər il gündəmə gəlir və təkrarlanır. Bunun hər hansı formada həllini axtarıb-tapmaq üçün müəyyən qurumlar və mütəxəssislər məsələnin üzərində çalışırlar.  Əgər problemin qarşısı alınmazsa, belə də davam edəcəkdir. Biz bunu birmənalı olaraq qəbul etmək məcburiyyətindəyik.  Tıxaclarla bağlı digər bir məsələ isə budur ki, şəhərin müxtəlif ərazilərində olan tıxaclar var ki, onların dərs ilinin başlamasına heç bir aidiyyatı yoxdur. Onlar öz zamanında baş verir”. 

Ağcabədidə iki maşın toqquşdu: ölən var

Ağcabədidə iki minik avtomobili toqquşub. Sozcu.az xəbər verir ki, 1948-ci il təvəllüdlü Əhməd Alı oğlu Alıyev idarə etdiyi VAZ-2107 markalı avtomobil 1959-cu il təvəllüdlü Fəqani Ərşad oğlu Tağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə F. Tağıyev ölüb, avtomobildə olan sərnişinlər 1970-ci il təvəllüdlü Şöhrət Heydər qızı Nəzərova, 1991-ci il təvəllüdlü Vüsalə Nəsir qızı Nəzərova və 2012-ci il təvəllüdlü N. Ş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb.

Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır?

Bu il evlənənlərin sayı ötən illə müqayisədə azalıb, boşanmalarda isə statistika eyni qalıb. Sozcu.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalıb. Ekspert qeyd edib ki, evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır. vakansiyalar Sosioloq hesab edir ki, ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Evlilik üçün ən ideal yaş qızlar üçün 23-26, oğlanlar üçün isə 25-27 hesab olunur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

”Aztelekom"un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğradı

Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük. Bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir.  Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.  Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur?  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom" -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla  müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə,  onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər".  Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. ”Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı  müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur.  Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb". Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub. Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib. Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır? Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib."Yeni Müsavat"