Pensiyalar artımla nə vaxtdan veriləcək? - Rəsmi CAVAB

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən məlumat verilib. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.

Təyyarənin hər iki mühərriki son ana qədər işləyib...

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub. "Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat FDR vasitəsilə təsdiq olunmuşdur. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib. Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bakıda qadın qəza törətdi: 87 yaşlı kişi öldü

Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Şəhla Rəfail qızı Qulamova idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Nadir İmaməli oğlu Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb. Fakta bağlı cinayət işi başlanılıb.

Ağsuda məktəb direktoru həbs edildi

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib. Sozcu.az xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Daha bir ölkə Çinin bu tətbiqindən imtinaya çağırır

Hökumət rəsmiləri Çinin “DeepSeek” çat-botundan istifadə etməkdən çəkinməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın rəqəmsallaşma və İKT siyasəti naziri Masaaki Taira deyib. “Problem ondadır ki, şəxsi məlumatlar lazımi şəkildə mühafizə olunacaq? Məlumatların qorunması ilə bağlı narahatlıqlar aradan qalxana qədər, hökumət rəsmiləri “DeepSeek”dən istifadə etməkdən çəkinməlidirlər və ya istifadə edirlərsə, bunu diqqətlə etməlidirlər”, - nazir bildirib. Qeyd edək ki, bir müddət öncə Pentaqonun əməkdaşlarının Çinin “DeepSeek” çat-botuna girişini əngəllədiyi ilə bağlı məlumat yayılmışdı.

Yanvarın son gününün hava PROQNOZU

Yanvarın 31-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Astanadan AZAL təyyarəsi ilə bağlı açıqlama: Gözləyirik...

Qazaxıstanın Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir, istintaqa daha təcrübəli əməkdaşlar cəlb olunub. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev deyib. “İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi asan məsələ deyil. Nəticələri gözləyirik”, - Koygeldiyev bildirib.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Banklar mobil tətbiq probleminin əsl səbəbini açıqlamalıdır - EKSPERT

Son zamanlar bankların mobil tətbiqində yaşanan problemlər vətəndaşları təşvişə salıb. Belə halların tez-tez baş verməsi və səbəbi barədə məlumat verilməməsi insanları narahat edir. Nəticədə də vətəndaşların banklara inamı azalır. Mövzu ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bütün dünyada, hətta nəhəng şirkətlər, “Meta”, “Microsoft” kimi şirkətlər də İT müstəvisində problem yaşaya bilirlər: “Bütün şirkətlərdə elektrik və elektronika müstəvisində, həmçinin insan faktoruna söykənən problemlər olur. İstisna edilmir ki, haker hücumları və bir çox kibercinayətkarlıq müstəvisində hücumlar ola bilir. Bank da özünü qorumaq üçün sistemi məhdudlaşdıra bilir. Bunların hər biri ehtimaldır, amma əsas məsələ bankın açıqlaması olmalıdır. Bank baş verən problemlə bağlı istifadəçilərə və cəmiyyətə açıqlama verməlidir. Birmənalı şəkildə geniş bir seqmentə xidmət göstərən korporasiyanın məsuliyyətidir ki, öz istifadəçilərinə baş verənlərlə bağlı dolğun məlumat versin və cəmiyyəti məlumatlandırsın”. “Təəssüflər olsun ki, dünən Kapital Bank-da baş verənlərlə bağlı ətraflı məlumat verilmədi. Problemin hansı texniki səbəbdən baş verməsi ilə bağlı heç bir mənbə məlumat verməyib. Buna görə də texniki müstəvidə şərh edilə bilmir. Amma istənilən halda görünür ki, texniki müstəvidə problem var. Bu problem bankda olsa da, aidiyyəti qurumların da nəzarəti və tətbiq etdiyi standartlar burada böyük rol oynayır. Bank fəaliyyət göstərən korporasiya olsa da, lisenziyalı fəaliyyət növüdür. Lisenziyalı fəaliyyət növlərində mütləq standartlar, şərtlər olur. Bank sektoruna nəzarəti həyata keçirən aidiyyəti qurum Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Orada bütün müstəvidə hər bir istiqamətdə qaydalar tətbiq olunub. Həmçinin texniki və kibertəhlükəsizlik sahəsində standartlar var. Banklar beynəlxalq standart olan ISO27001 standartı ilə fəaliyyət göstərir. Bu standartın da özünün şərtləri var. Bank həm ISO27001 standartlarına, həm də Mərkəzi Bankın qoyduğu qaydalara əməl etməlidir ki, öz fəaliyyətini problemsiz formada apara bilsin. Hər bir halda böyük bir seqmentə xidmət edən korporasiyalar müsbət tərəflərində olduğu kimi, neqativ hallarda da cəmiyyəti məlumatlandırmalıdır”.

Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. Sozcu.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Qanunsuz olaraq 133 minlik ünvanlı yardım ödənildi

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. Sozcu.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sosial təminat xidmətləri çərçivəsində dövlət büdcəsi hesabına artıq xərcləmələrə yol verilib. Sanatoriya-kurort yollayışları üzrə dövlət vəsaitlərindən 1 040 manat artıq vəsait sərf olunub, bəzi şəxslərə isə qanunvericiliyə zidd olaraq təkrar yollayışlar verilib. Həmçinin, aktiv əmək müqaviləsi olan şəxslərə və ya sosial sığorta haqqı ödəyən vətəndaşlara qanunsuz olaraq yollayışlar təqdim olunub. Ünvanlı dövlət sosial yardımlarının təyini zamanı da bir çox nöqsanlara yol verilib. Əmək qabiliyyətli şəxslərə, aktiv əmək müqaviləsi olanlara və yaxud sosial sığorta haqqı ödəməyənlərə ümumilikdə 132 min 994 manat artıq yardım təyin edilib. Eyni zamanda, bəzi şəxslərə əmək fəaliyyəti olduğu halda, yaşa və yaxud ailə başçısını itirməyə görə müavinətlər qanunsuz olaraq ödənilib və bu xərclər ümumilikdə 28 426 manata çatıb. Agentliyin balansında olan 9 2612 manat dəyərində əsas vəsaitlərin itməsi, bəzi aktivlərin qanunsuz şəkildə digər qurumlara verilməsi, həmçinin inventarizasiyanın düzgün aparılmaması müəyyən edilib. Həmçini, satınalma proseslərində qanun pozuntularının geniş yayıldığı aşkar edilib. İlkin satınalma planlarının təsdiqlənməməsi, satınalmaların vahid portalda gec yerləşdirilməsi və bəzi avadanlıqların dəyərinin şişirdilməsi səbəbindən dövlət vəsaitindən səmərəsiz istifadə olunub. Palata Agentliyə tövsiyə edib ki, aşkarlanan nöqsanlar aradan qaldırılsın, artıq ödənilmiş vəsaitlər bərpa edilsin və daxili nəzarət mexanizmləri gücləndirilsin. Bu tədbirlərin həyata keçirilməsi ilə dövlət vəsaitlərinin səmərəli idarə edilməsi təmin edilə bilər.

Çin maşınlarından şikayətlər çoxalır - VİDEO

Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edirlər. Çin avtomobillərinin aşağı sürətdə belə qəza törətdikdə çox əzilməsi ilə bağlı videolar yayılır. Əgər belədirsə, bu avtomobilləri niyə alırlar? Bu barədə ARB TV-nin “Günə Son” verilişi araşdırma edib. Daha ətraflı video məlumatı təqdim edirik: