Ukrayna müharibənin nizamlanması çərçivəsində 5 tələb irəli sürüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Nəşr Ukraynanın tələblərini dərc edib:
- Daimi atəşkəs. Ərazi məsələlərinin müzakirəsi yalnız Rusiya atəşkəslə razılaşdıqdan və ona əməl etdikdən sonra mümkündür.
- Rusiyanın vurduğu ziyan 500 milyard dollardan 1 trilyon dollara qədərdir. Ukrayna Moskvanın törətdiyi cinayətlərə görə kompensasiya ödəməsində israrlıdır.
- Təhlükəsizlik zəmanəti: Ukrayna NATO və AB üzvlüyünü Rusiyanın növbəti hücumunu dayandırmağın yeganə uzunmüddətli yolu kimi görür.
- Uşaqların və hərbi əsirlərin qaytarılması. Ruslar 20 min ukraynalı uşağı qaçırıb, minlərlə hərbçi hələ də əsirdir.
- Rusiyaya qarşı sanksiyaların saxlanılması.