13:47
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən Qlobal Sumud Donanması gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə gətiriləcək.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.
“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib.
***
İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının iştirakçıları Türkiyəyə gətirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.
Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.