Bu torpaqlarda tikintiyə icazə verildi – Yeni qayda

Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalarla kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və hədlər müəyyənləşdirilib. Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər: “Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımından vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırır. Yeni qaydalara görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Bu qayda torpaqlardan birgə istifadəni stimullaşdıra bilər. Çünki qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri də ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır. Nazirlər Kabinetinin qərarınsa əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bütövlükdə yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəlliyin artmasına səbəb olacaq”.

“Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir - Akopyan

"Tramp yolu"nun (və ya Zəngəzur dəhlizinin) açılması ilə bağlı fəal iş gedir. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Vaqarşak Akopyan bildirib. Deputat qeyd edib ki, “Tramp yolu” və orada hansı biznes modelinin fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr gedir. “Amerikalılarla həm onlayn, həm də üzbəüz görüşlərdə çox fəal işləyirik. İşçi qrupu yaradılıb. Bu, başlanmış bir prosesdir, amma hazırda bu barədə sizə məlumat vermək səlahiyyətinə malik deyiləm”, - Akopyan jurnalistlərə bildirib.

Minik maşını ağaca çırpılı - Şəhidin qardaşı xəsarət aldı

Samuxda minik maşını ağaca çırpılıb. Sozcu.az-a məlumatına görə, hadisə rayonun Seyidlər kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1997-ci il təvəllüdlü O.Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdriliblər, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumta görə, qəzada xəsarət alan O.Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

Qarabağda nə qədər ərazi minalardan təmizlənib?

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84,146.5 hektar olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Sozcu.az xəbər verir ki, bu barədə Cəbrayılda İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında bildirilib. Qeyd olunub ki, təmizləmə əməliyyatları nəticəsində 210,655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı üzrə cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri olan biznesmenlər Araz və Emin Ağalarovların əmlakının müsadirə olunmasını tələb edirlər. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə baş verən zaman yanğınsöndürmə sistemləri, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi təhlükəsizlik sistemlərinə cavabdeh olan strukturlardan birinin də Araz və Emin Ağalarovlara məxsus “Crocus” şirkətinin olması ilə əsaslandırıblar. Zərərçəkmiş tərəfin vəkili İqor Trunov bildirib: “Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, Crocus Group şirkətinin, “Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) törədilmiş cinayətlə əlaqədar zərərçəkmişlərin hüquqlarının təmin edilməsi məqsədi daşıyır.” O, əlavə edib ki, vəsatət artıq qəbul olunub. Bildirilib ki, Ağalarovların bütün əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki onlar hələ əmlaklarını tam şəkildə xaricə çıxarmamış ola bilərlər. Rusiyanın "RBK" nəşri Ağalarovlara mövzunu çərh etmələri üçün sorğu ünvanlayıb. Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir. Eyni zamanda, hadisə baş verən gün zalda olan şəxslər “Antipanik” sisteminin və metal detektorların işləmədiyini, mühafizə xidmətinin isə öz vəzifələrini yerinə yetirməkdən yayındıqlarını bildiriblər. Buna cavab olaraq oliqarxın oğlu Emin Ağalarov bir sıra açıqlamalar verib ki, bütün xidmətlərin qaydasında olduğunu bildirib.

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ukraynanın keçmiş prezidenti Moskvaya hücum etməyə çağırdı

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ölkənin 1991-ci il sərhədlərinə qayıtması ilə kifayətlənməyəcəyini bildirib və Ukraynanın Silahlı Qüvvələrini Moskvaya hücuma çağırıb. Sozcu.az xəbər verir ki, Yuşşenko bu barədə "Apostrof TV" "YouTube" kanalına müsahibəsində deyib. "Mən artıq elə yaşdayam ki, deyə bilərəm: mənim öz təsəvvürüm var və mənəvi cəhətdən, öz millətimin mənafeləri üçün hərəkət edə bilərəm. Kimsə deyir - gəlin Xutor-Mixaylovskiyə qədər irəliləyək.  Mən isə deyirəm - vəssalam? Siz ən böyük problemi övladlarınıza və nəvələrinizə buraxırsınız. Moskvaya hücum!" - deyə Yuşşenko bildirib./Oxu.az

Fırtına yaxınlaşır: Sarı və narıncı xəbərdarlıq verildi!

Sentyabrın 19-dan 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Narıncı xəbərdarlığa uyğun olaraq isə Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ankara və İrəvan bu barədə razılığa gəldi

Türkiyə və Ermənistan "İpək Yolu"nun keçdiyi Arpaçay üzərindəki tarixi körpünün birgə bərpası barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Ermenihaber" saytı məlumat yayıb.

Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb

Bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub. Sozcu.az xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 31 min 500 nəfər və ya 39,6% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub. Sonrakı illərdə SOCAR-da işçilərin sayı davamlı olaraq azalmağa başlayıb. Yalnız 2018-20-ci illərdə və 2023-cü ildə işçilərin sayında cüzi artım olub. 1 yanvar 2011 – 79 569 nəfər 1 yanvar 2012 – 77 140 nəfər 1 yanvar 2013 – 66 234 nəfər 1 yanvar 2014 – 61 088 nəfər 1 yanvar 2015 – 54 714 nəfər 1 yanvar 2016 – 52 104 nəfər 1 yanvar 2017 – 50 735 nəfər 1 yanvar 2018 – 50 424 nəfər 1 yanvar 2019 – 51 125 nəfər 1 yanvar 2020 – 51 695 nəfər 1 yanvar 2021 – 50 861 nəfər 1 yanvar 2022 – 48 870 nəfər 1 yanvar 2023 – 48 042 nəfər 1 yanvar 2024 – 48 320 nəfər 1 yanvar 2025 – 48 069 nəfər

İstanbul-Bakı reysi ilə kokain gətirən qadın saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb. Sozcu.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis çəkisi 153,551 qram olan narkotik vasitə - kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.