Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil. Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında mövcud vəziyyətdən danışıb: “Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil”. kapital bank vakansiya Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib: “Ənənəvi dərslərlə bağlı yaranan sıxlıq və tıxaclar hər il gündəmə gəlir və təkrarlanır. Bunun hər hansı formada həllini axtarıb-tapmaq üçün müəyyən qurumlar və mütəxəssislər məsələnin üzərində çalışırlar. Əgər problemin qarşısı alınmazsa, belə də davam edəcəkdir. Biz bunu birmənalı olaraq qəbul etmək məcburiyyətindəyik. Tıxaclarla bağlı digər bir məsələ isə budur ki, şəhərin müxtəlif ərazilərində olan tıxaclar var ki, onların dərs ilinin başlamasına heç bir aidiyyatı yoxdur. Onlar öz zamanında baş verir”.
Ağcabədidə iki minik avtomobili toqquşub. Sozcu.az xəbər verir ki, 1948-ci il təvəllüdlü Əhməd Alı oğlu Alıyev idarə etdiyi VAZ-2107 markalı avtomobil 1959-cu il təvəllüdlü Fəqani Ərşad oğlu Tağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə F. Tağıyev ölüb, avtomobildə olan sərnişinlər 1970-ci il təvəllüdlü Şöhrət Heydər qızı Nəzərova, 1991-ci il təvəllüdlü Vüsalə Nəsir qızı Nəzərova və 2012-ci il təvəllüdlü N. Ş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb.
Bu il evlənənlərin sayı ötən illə müqayisədə azalıb, boşanmalarda isə statistika eyni qalıb. Sozcu.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalıb. Ekspert qeyd edib ki, evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır. vakansiyalar Sosioloq hesab edir ki, ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Evlilik üçün ən ideal yaş qızlar üçün 23-26, oğlanlar üçün isə 25-27 hesab olunur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük. Bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir. Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur? Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom" -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər". Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. ”Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur. Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb". Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub. Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib. Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır? Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib."Yeni Müsavat"
Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. “Müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir. Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”, - deyə B.Məmmədov əlavə edib.
Çin lideri Si Szinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gələn ayın əvvəlində görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin keçmiş müavini Aleksandr Çalı Çində keçirilən diplomatik forumda çıxışında deyib. Çinin Avropa təhlükəsizliyinin bərpasına kömək etmək cəhdlərini qeyd edən Çalı bildirilib ki, indi Ukraynada hamı prezident Zelenski ilə prezident Szinpin arasında hansısa təmasları, birbaşa təmasları gözləyir.
Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Gələcəkdə iş tapmaq çətin ola biləcək ixtisaslar sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır. Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib. O, dünyada və Azərbaycanda bir sıra ixtisasların gələcəkdə iş tapmaqda çətinlik çəkəcəyini bildirib. Ekspertin sözlərinə görə, sözügedən ixtisaslar filologiya, sosiologiya və sosial elmlər, sənətşünaslıq və incəsənət, politologiya və beynəlxalq münasibətlər, biologiya və təbiət elmləridir. vakansiyalar "Ədəbiyyat və filologiya ixtisasları üzrə məzunların iş imkanları, əsasən, təhsil və tərcümə sahələri ilə məhdudlaşır. Müəllimlik imkanları mövcud olsa da, bu sahədə artıq kifayət qədər mütəxəssis var. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi də bu ixtisasın dəyərini azalda bilər. Bunun əsas səbəbləri rəqəmsal texnologiyaların tərcümə işlərinə təsiri, təhsil sektorunda artıq olan müəllim sayı və məhdud iş yerləri, iş bazarında bu ixtisasa olan tələbatın azalmasıdır. Sosiologiya və digər sosial elmlər üzrə ixtisaslaşan məzunların iş tapmaqda çətinlik çəkə biləcəyi ehtimal olunur, çünki bu sahələrdə konkret iş imkanları nisbətən məhduddur və çox vaxt yalnız akademik və tədqiqat sahələrində iş yerləri mövcuddur. iqtisadi və sosial tədqiqatlara məhdud dövlət və ya özəl sektor maliyyəsi, sosial elmlər sahəsində məzunlar üçün az sayda akademik iş imkanları, qeyri-kommersiya təşkilatlarında və ya beynəlxalq təşkilatlarda yüksək rəqabət bunun əsas səbəblərindəndir. Sənətşünaslıq və incəsənət sahələrində iş imkanları hər zaman məhdud olub və gələcəkdə də belə davam edəcək. Xüsusilə, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin azalması və özəl sektorun marağının aşağı olması bu ixtisaslar üzrə iş tapmaq imkanlarını məhdudlaşdırır. Bunun səbəbləri əmək bazarında bu sahəyə olan tələbatın azalması, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin az olması, bu sahədə işləmək üçün yüksək ixtisas və xüsusi bacarıqların tələb olunmasıdır. Politologiya və beynəlxalq münasibətlər ixtisasları üzrə məzunlar üçün dövlət və beynəlxalq təşkilatlarda iş yerləri olsa da, rəqabət çox yüksəkdir və çox az sayda iş imkanı mövcuddur. Diplomatik sahədə işə qəbul prosesləri adətən çox mürəkkəbdir və ciddi tələblər irəli sürülür. Səbəblər rəqabətin çox yüksək olması və məhdud iş yerləri, xarici dillərə və spesifik sahə biliklərinə olan tələbin yüksək olması, özəl sektorda bu ixtisasa olan tələbatın aşağı olmasıdır. Marketinq və reklam sahəsində rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tətbiqi ilə bir çox işlər avtomatlaşdırılır. Bu, marketinq və reklam sahələrindəki iş imkanlarının azalmasına səbəb ola bilər. Həmçinin, bu sahələrdə artıq çox sayda məzunun olması rəqabəti artırır. Səbəblər rəqəmsal marketinq texnologiyalarının və avtomatlaşdırmanın artması, reklam sahəsində işlərin rəqəmsal mühitə keçməsi və buna görə də iş yerlərinin azalması, marketinq sahəsində artıq çox sayda mütəxəssisin olması və rəqabətin artmasıdır. Biologiya və təbiət elmləri üzrə ixtisaslaşan məzunlar üçün iş imkanları, adətən, akademik və ya tədqiqat sahələri ilə məhdudlaşır. Ancaq bu sahələrdə də rəqabət çox yüksəkdir və maliyyə dəstəyi məhduddur. Tətbiqi sahələrdə, məsələn, biotexnologiyada iş imkanları olsa da, burada da ciddi rəqabət mövcuddur. Səbəblər təbiət elmləri sahəsində iş imkanlarının məhdud olması və yüksək rəqabət, akademik və tədqiqat sahələrində maliyyə resurslarının çatışmazlığı, sürətlə inkişaf edən texnologiyaların və yeni sahələrin tələblərinə uyğunlaşmaq çətinliyidir. Bu ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkmək ehtimalı yüksək olsa da, hər sahədə fərdi bacarıqlar, ixtisaslaşma və praktiki təcrübə önəmlidir. Gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. İş bazarının dinamikliyi və dəyişən tələblər səbəbindən hər bir məzunun çevik və adaptiv olması önəm kəsb edir", - ekspert vurğulayıb. yenisabah)
Ermənistanın Hrazdan vilayətində istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Partlayışın İES ərazisində fəaliyyətdə olmayan tökmə sexində baş verdiyi bildirilib. Əraziyə xilasedicilər cəlb edilib.
İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur. Son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Belə ki, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib: “Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda hətta 2 dəfə qar yağması qeydə alınıb. Bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir”. Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir. Ə.Əsgərov bildirib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb: “Həmin il maksimal temperatur iyul ayının 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyul ayının 12-də Culfada 45 dərəcə isti müşahidə edilib.
Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını iddia edir. Bəs bu iddialarda doğruluq payı varmı? Qış fəslində hava şəraitinin necə olacağı haqqında ilkin məlumatlar nə deyir? Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, deyilənlər reallığı əks etdirmir: “Mövcud praktikada yay fəslinin isti və ya sərin keçməsinə əsaslanaraq qışın necə keçəcəyini proqnozlaşdırma metodikası yoxdur. Bu yanaşma çox yanlışdır. Mövsümü proqnozlar riyazi (dinamik və statistik) modellər, həmçinin iqlim xüsusiyyətləri əsasında tərtib olunur”. Meteoroloq qış aylarında bizi hansı hava şəraitinin gözlədiyi barədə də məlumat verib: “Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.